Zirəddindən tükürpədən PROQNOZ: Əgər insanları çipləşdirsələr…
Günlərin bir günü insanlara deyəcəklər ki, koronavirusun həll yolunu tapmışıq. Maska taxmayacaqsız, test verməyəcəksiz, azad olacaqsız, pul xərcləməyəcəksiz, pandemiyadan çıxacağıq. Amma bir şərtlə: sizə çip yerləşdirilməlidir.
Niyə? Deyəcəklər, bu da sizin sırf sağlamlığınız və qorunmağınız üçündür. Sizin fiziki sağlamlığınızı, qanınızı yoxlayacaq. Sizi testdən, koronavirusdan qurtaracaq. Tam azad, müstəqil olacaqsız.
Xeberciniz.biz Medicina.az-a istinadən xəbər verir ki, bunu Moskvada yaşayan məşhur ekstrasens, parapsixoloq Zirəddin Rzayev son açıqlamasında bildirib.
O, öncəgörmə ilə ona ayan olan məqamları bölüşərək, dəhşətli proqnozlar verib.
“Tarix boyu həmişə dünyanı idarə etmək arzusunda olan insanlar, qüvvələr olub. Makedoniyalı İsgəndər, fironlar, Çingiz xan, Osmanlı imperiyası və s. İndi çox ölkələr var: Avropa, Amerika, Rusiya, Çin. Hər dövlətin özünün milli təhlükəsizlik sistemi var.
Əgər insanları çipləşdirsələr, onunla beyinə təsir edəcəklər. Məsələn, bütün insanlar bir adama səs verəcək. Və hakimiyyət bir əldə cəmləşəcək, tək dövlət olacaq. Prezidentlər qubernatorlar kimi olacaq.
Elə görünəcək ki, hər ölkə müstəqildir, rəhbəri var. Əslində isə onların hamısının bir rəhbəri, bir prezidenti olacaq. Hamı onun əmrlərinə tabe ediləcək.
Mən sizə sirləri açıram, bir öncəgörücü kimi bunları görürəm. Hələ bu informasiyanın az hissəsidir.
Hazırda insanları çipləşdirmək üzərində iş gedir, təzyiqlər var ki, dünyanı bir ələ təslim etsinlər. Hər kəs onu qəbul etsin. O insan özünü Allah kimi elan edəcək.
Hələ bilinmir bu plan baş tutacaq, ya yox. Mən dua edirəm ki, bu baş tutmasın.
Koronavirus pandemiyası ona hesablanıb, bütün bunlar ona görədir ki, insanların beyni ələ keçirilsin, hər kəs çipləşdirilsin və bütün hakimiyyət bir əldə, bir dövlətdə olsun.
Bu elə şəkildə baş verəcək ki, biz heç nə hiss etməyəcəyik.
Hazırda bəhs etdiyim gizli təşkilatlar yeni, gizli bir texnika, avadanlıq da kəşf ediblər. Bu “yalan detektoru” kimidir. İnsanların beynindən keçən fikirləri oxuyacaq, bu cihaz beyni proqramlaşdıracaq, özünə lazım olan fikirləri yazacaq. Biz onların istədiyi kimi düşünəcəyik, onların istədiyi qərarları dəstəkləyəcəyik.
Biz elə biləcəyik ki, özümüz belə düşünürük. İnsanların söz və fikir azadlığı olmayacaq. Biz canlı robotlar kimi olacağıq.
İndidən deyirlər, hər il COVID-19 vaksini vurdurmalıyıq, hər il bu təkrarlanmalıdır. Başa düşürsüz bu nədir?
İnsanlar o qədər bunlardan yorulub, bezəcək ki, kim onlara desə ki, maska da olmayacaq, peyvənd də, test də, karantin də, sadəcə bircə bu çip olsun. İnsanlar könüllü gedəcək ki, təki bu əzablar bitsin.
Odur ki, ümidimiz Yaradanadır. Qoy onun istədiyi olsun, gizli, dünyaya hökmranlıq arzusunda olanların planları puç olsun”.