Bu qanunun aliliyi məsələsidir – Asabəli Mustafayev
Onlarla şəxs bu məsələ üzrə hüquqi məsləhət almaq üçün mənə müraciət edib, ona görə burada ona münasibət bildirirəm. Sosialmedia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Asabəli Mustafayev qeyd edib.
Bəri başdan deyim ki, mən və əks göstəricisi olmayan ailə üzvlərimin hamısı peyvənd olunmuşuq. Bir fərd olaraq hesab edirəm ki, əks göstəricisi olmayan hər bir kəs peyvənd olunmalıdır. Çünki qohumum, yaxınım olan, ya sadəcə tanıdığım onlarla şəxs virusa yoluxmuş, ağır müalicə proseduru keçmiş, bəziləri hətta vəfat etmişdilər.
Lakin hüquqşünas olaraq insan haqlarını pozan qərarları mənfi qiymətləndirməyə bilmərəm. Peyvənd olunmayan şəxslərə tətbiq olunmuş məhdudiyyətlər, onların sosial xidmətlərə çıxışlarına qoyulmuş qadağalar hesab edirəm ki, ölkə Konstitusiyasına ziddir.
Əminəm ki, əhalini peyvənd olmağa maraqlandırmaq üçün digər qanuni vasitələr vardır. Bu ilin əvvəllərində Avropa Şurasının Parlament Assambleyası aşağıdakı 2361 saylı qətnaməni qəbul etmişdir və səsvermədə bizim ölkənin nümayəndələri də yəqin ki, iştirak etmişdirlər (təəssüf ki, qətnamə hələ bizim dilə tərcümə olunmayıb).
Bu qətnamə hazırda ölkəmizdə tətbiq olunmuş məhdudiyyət və qadağalardan şikayətləri gələcəkdə Avropa Məhkəməsində şanslı edir.
İndi Konstitusiya Məhkəməsinə hünər arzulayıram ki, bu məhdudiyyət və qadağaları tətbiq etmiş Nazirlər Kabinetinin qərarını ləğv etsin.
P.S. Xahiş edirəm bu yazı antipeyvənd çıxış kimi qəbul olunmasın. Bu qanunun aliliyi məsələsidir.
Парламентская ассамблея Совета Европы
ОЧЕРЕДНАЯ СЕССИЯ 2021 года
Первая часть
25-28 января 2021 года
ДОКУМЕНТЫ,
ПРИНЯТЫЕ АССАМБЛЕЕЙ
Резолюция 2361 (2021) Вакцины против COVID-19: этические, правовые и практические соображения (док. 15212)
Вакцины против COVID-19: этические, правовые и практические соображения
7.3. в отношении обеспечения значительного охвата населения вакцинацией:
7.3.2. обеспечить, чтобы никто не подвергался дискриминации за то, что не прошел вакцинацию из-за возможного риска для здоровья или нежелания пройти вакцинацию;
7.3.1. обеспечить информирование граждан о том, что вакцинация НЕ является обязательной, что никто не может подвергаться политическому, социальному или иному давлению для прохождения вакцинации, если они сами того не пожелают;