Dünyanın ən geniş küçələrindən ikisi Ağdamda olacaq – Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəsi
Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərinin infrastrukturu barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, bu yollardan birinin eni 60, digəri 55 metr olacaq.
“Dünyanın belə enli küçələrindən biri Lissabon şəhərindədir. Ağdamda da 2 belə küçə olacaq. Həmin yollar piyada, velosiped, tramvay yolu, ağac zolağı, parkinq üçün yer və avtomobil zolaqlarından ibarət olacaq. Bu, kifayət qədər genişliyin olmasına xidmət edəcək ki, heç bir tıxac yaranmasın”.
Şəhərdə məktəb, xəstəxana və digər ictimai binaların tikinti planlarından da söz açan Emin Hüseynov bu binaların şəhərin istənilən yerində yaşayan vətəndaş üçün maksimum 500 metrlik məsafədə inşa ediləcəyini bildirib.