Dondurma yemək niyə vacibdir? – FAYDALAR

0
0

Dondurmanı böyükdən kiçiyə hər kəs çox sevir. Dadlı olmaqdan əlavə, tərkibində olan kalsium, A vitamini, C vitamini kimi bir çox minerallar orqanizm üçün əhəmiyyət kəsb edir.

Orqanizmin möhkəmləndirilməsində, ürək və diş xəstəliklərinin qarşısının alınmasında faydası var.

İmmunitet sistemini möhkəmləndirir

Orqanizmi xəstəliklərdən qorumaq üçün immunitet sistemimizi sağlam qidalanma ilə təmin etməliyik. A vitamini və zülal tərkibi sayəsində dondurma immunitet sisteminin işinə kömək edir.

Ürək üçün faydalıdır

Süd, meyvə və şokoladlı dondurmalar kaliumla zəngindir. Kalium ürək sağlamlığı üçün çox vacib bir mineraldır. Bundan əlavə, kalium bədənin konsentrasiyasının qorunmasında mühüm rol oynayır.

Enerji mənbəyi

B2 vitaminli tərkibi ilə dondurma bədənimizdə enerji istehsalını tənzimləyir. B2 həmçinin dərinin yenilənməsinə kömək etmək kimi xüsusiyyətləri vardır.

Dondurma yemək insanları xoşbəxt edir

Dondurma rəngarəng seçimli və bir-birindən ləzzətli dadları ilə tanınan, sərinlik və təravət hissi verən, hamısından çox təzəlik, canlılıq və enerji qazandıran şirin bir qida növüdür. Bəs görəsən hamı tərəfindən sevilən bu qida niyə bizi bu qədər xoşbəxt edir?

Xeberciniz.biz  deyerler.org-a istinadən bildirir ki, London Psixiatriya İnstitutunda 2005-ci ildə aparılan araşdırmada dondurmanın insanda әhvalın açılmasına və xoşbəxtliyin gətirməsinә sәbәb olması kimi tәqdim edilmişdir: “Dondurmanın soyuq, ağızda sərinləşdirici və susuzluğu aradan qaldırma mexanizmi insanın yaxşı әhval-ruhiyәdә olmasını təmin edir. Dondurma yeyərkən beynə siqnal ötürülür və bu zaman beynin xüsusi bir hissəsinin aktivlәşdiyi görülür. Bu sayədə də, insan özünü xoşbəxt hiss edir. İnsanın özünü yaxşı hiss etməsi isə, daha sağlam olmasını və psixoloji cəhətdən yaxşılaşmasını təmin edir”.
 
Bəs görəsən neçə yaşdan başlayaraq bu qidanı yemək olar?


Mütəxəssislərin bildirdiyi məlumatlara görə, 1-1.5 yaşından sonra dondurma yemək olar. Lakin yeməkdən əvvəl bu məhsulu istifadə etmək məsləhət deyil, çünki yeməkdən əvvəl dondurma yemək iştahanı qaçırır.
Dondurmanın digər bir müsbət cəhəti isə, kalsiumla zəngin olmasıdır. Belə ki, 100 qram sadə dondurma ilə 1 stəkan süddəki kalsium miqdarı eynidir. Bu səbəbdən də, dondurmadan rahatlıqla istifadə edə bilərsiniz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir