Ev al, vətəndaş ol – Azərbaycanlılara hansı ölkələr belə şans verir?

0
0

Xəbər verdiyimiz kimi, 2021-ci ilin yanvar-may aylarında azərbaycanlılar Türkiyədə 429 mənzil alıblar.

2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 361 mənzil almışdılar.

Türkiyənin Statistika Komitəsinin son məlumatında bildirilir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, mart ayında 106 mənzil, aprel ayında 131 mənzil, may ayında 47 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95,35 və 42 mənzil olmuşdu.

Qeyd edək ki, azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 8-ci yerdədir.

Bundan əlavə, Azərbaycan vətəndaşları Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.

Bildiyiniz kimi, xarici ölkə vətəndaşlağını və ya daimi yaşamaq izni almağın bir üsulu da həmin ölkədə əmlak almaqdır. Bu əmlak bəzi ölkələrdə daha ucuz, bəzilərində isə baha başa gəlir. Əmlak almaqla müəyyən imtiyazlar qazandıran ölkələrin sayı hər il artmaqdadır.

Maraqlıdır ki, hansı ölkələr əmlak alan şəxslərə sözügedən imtiyazları təklif edir?

Turkustan.info bildirir ki, Cebhe.info bununla bağlı araşdırma aparıb.

*Türkiyə

45 min avroluq ev almaqla bu ölkədə müvəqqəti yaşamaq hüququ qazanmaq mümkündür. Ev aldıqdan sonra polisə müraciət edərək Türkiyədə mülkə sahib olma barədə sənəd, bank hesabından çıxarış və viza təqdim edilir.

Bundan sonra Türkiyədə yaşamaq haqqında icazə sənədi verilir. İlkin icazə 6 ay müddətinə verilir. Sonra bu müddət daha iki il uzadılır.

*İrlandiya

Bu ölkədə isə 400 min dollardan keçib daşınmaz əmlak alaraq yaşayış icazəsi qazanmaq mümkündür. Təbii ki, daha sonra bunun üçün önəmli hüquqi prosedurlardan keçmək də önəmlidir.

*Kanada

Burada yaşamaq hüquq əldə etmək üçün 400 min dollarlıq sərmayə qoymalı, ya da 800 min dollarlıq bank hesabınız olmalıdır.

*İspaniya

Bu ölkədə 500 min avroluq yaşayış yeri alanlar həm yaşama icazəsi, həm də vizasız səyahət imkanı qazanırlar. Belə ki, göstərilən məbləğdə mülk alan şəxsə “qızıl viza” verilir. Bu viza ilə adı çəkilən ölkədə vətəndaş kimi yaşamaq mümkündür. Lakin bunun üçün də belə bir şərt qoyulub ki, hər il bu ölkədə ən azı 183 gün yaşamaq lazımdır.

*Almaniya

Almaniyada isə 250 min avro sərmayə ilə iş quraraq əvvəlcə yaşama icazəsi, sonra vətəndaşlıq almaq olar.

*Malta

Bu ölkədə 275 min avroluq daşınmaz əmlak almaqla müvəqqəti yaşamaq icazəsi əldə etmək olar.

*Bolqarıstan

Bolqarıstanda yaşamaq hüququ qazanmaq üçün 300 min avro dəyərində ev almaq gərəkdir. Qeyd edək ki, bu ölkədə mənzil almaqla müvəqqəti yaşamaq hüququ qazanırsınız, 5 il bu ölkədə yaşadıqdan sonra isə vətəndaşlıq hüququ qazanmış olursunuz.

*Çexiya

Çexiya Respublikasında 40 min avro dəyərində hətta birotaqlı ev almaqla belə yaşamaq hüququ qazanmaq olar.

Bu zaman viza kimi sənəd verilir. Bu sənədin vaxtını iki il müddətinə uzatmaq olar. 5 il bu ölkədə yaşadıqdan sonra isə polisə müraciət edərək daimi yaşamaq haqqında icazə ala bilərsiniz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir