HAY TERRORU DAVAM EDİR – Minaya düşüb həlak olan media və digər nümayəndələr… VİDEO

0
0

Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində jurnalistərlə birgə həlak olan Arif Əliyev barədə məlumatlar əldə etmişik.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı Kəlbəcər rayon İcra Hakimiyyəti Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983 cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev bir müddət əvvəl bu vəzifəyə təyin olunmuşdu.

O, işinə məsuliyyətli və işgüzar biri olub. Arif Əliyev evlidir, 3 övladı var.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

İşğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir.

Bununla bağlı Medianın İnkişafı Agentliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının birgə məlumat yayıb.

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Minaya düşərək həlak olan media nümayəndələrinə şəhid statusu veriləcək – RƏSMİ

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu veriləcək.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə qanunvericiliyə əsasən şəhid statusu verilir:

“Həmakrlarımız – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək, həlak olması hamımızı sarsıtdı.

Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır. 

Minaya düşüb həlak olan media nümayəndələrinin son müsahibəsi – Video

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir