Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin edildi – RƏSMİ

0
0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində kadr dəyişikliyi olub.

Xeberciniz.biz Oxu.Az a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdülqədirov vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifəyə Anar Bayramov təyinat alıb.

Cavid Əbdülqədirov isə ƏƏSMN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Oxu.Az-a təsdiq edib. 

Yüksək vəzifəyə təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bayramov Anar Məhərrəm oğlunu özünə müşavir təyin edib.

Xeberciniz.biz “Yeni Gündəm”ə istinadən xəbər verir ki, Sahil Babayevin yeni müşaviri bu vəzifəyə qədər “A-Group” Sığorta Şirkətinin direktoru olub.

Məlumat üçün bildirək ki, Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb. 1998-ci ildən “MediClub” klinikasında həkim vəzifəsində çalışıb. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb. Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildən “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin Sədridir.

Bundan başqa 2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin sədri olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir