COVID-19 təkcə öldürmür, həm də qazandırır: Dünyanın 9 yeni peyvənd milyarderi
COVID-19 virusu təkcə iqtisadiyyatı məhv edib insanları öldürmür, həm də dünyada yeni milyarderlər yaradır.
Xeberciniz.biz Turkustan.info ya istinadən xəbər verir ki, yoxsulluqla mübarizə aparan İngiltərənin Oxfam təşkilatı 9 yeni peyvənd milyarderinin siyahısını açıqlayıb.
Virusa qarşı hazırlanan peyvənddən milyardlar qazanan əsas şəxs ABŞ-ın “Moderna” şirkətinin sahibi Stefan Banceldir. O, koronavirusa qarşı peyvənddən 4,3 milyard əldə edib.
İkinci sırada 4 milyard dollar gəliri olan Almaniyanın “BioNTech” şikətinin qurucusu, türk əsilli Uğur Şahindir.
Həmçinin “Moderna”nın yatırımçısı Timot Spiringer 2,2 milyard gəlir əldə edib. “Moderna”nın rəhbər şəxslərdən olan Noubar Afeyan 1,9 milyard əldə edib. “Moderna” şirkətinin peyvəndləri üçün qablaşdırma həyata keçirən ROVİ şirkətinin rəhbəri Juan Lopez-Belmonte 1,8 milyard qazanıb. “Moderna”nın ikinci sərmayədarı Robert Langer 1,6 milyard əldə edib.
Çinin CanSino Bilogics dərman şirkətinin qurucusu Zhu Tao 1,3 milyard, şirkətin digər həmsdəri Qui Dongsu 1,2, şirkət rəhbərliyində təmsil olunan Halen Mao isə 1 milyard dollar qazanıb. (teleqraf.com)