Bakı şəhərində ermənilərin tarixi olubmu?

0
0

Azərbaycanın sirrləri – Bakı şəhərində ermənilərin tarixi olubmu?

Mənim Azərbaycan sirrləri barədə yazılarımda Bakı və digər yerlərdə xristian məbədləri və izləri barədə yazılarımı bəziləri elə bilirlər burada söhbət “ermənilərdən” gedir. Anlayıram, tarixi bilgisi və siyasi savadı olmayan insanlar bu cürə düşünə bilər.

Azərbaycan Teqnriçilik, Zərdüştülük, Xristianlıq, Yəhdilik və İslam dinləri üçün məkanlardan biri olub. Bizim tariximizdə bu dinlərin hamısının rolu olub. İslam isə bizim ilk dinimiz Tenqriçiliyə yaxın olduğu üçün əbədi qalıb. Bəs bəzilərinin xristian deyiləndə dərhal yaddlarına düşən “ermənilər” Bakı şəhərində nə zamandan yaşamağa başlayıblar?

Bakı şəhərinin tarixi çox qədim dövrlərə gedib çıxır. Qədim dövrdə Bakı liman şəhəri olmasına, İpək yolu üzərində yerləşməsinə baxmayaraq burada ermənilərin yaşaması barədə dəqiq məlumat heç bir mənbədə yoxdur. Ermənilərin burda yaşaması barədə ilk mənbə 1796-cı ilə aiddir. 1796-cı ilin yazında rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. II Yekaterinanın ölümündən sonra çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. Onların yazdıqları hesabatda Bakı şəhərində cəmi bir nəfər erməni yaşaması qeyd edilir. Buna qədər heç bir mənbədə Bakı şəhərində erməni yaşaması barədə məlumat yoxdur və rast gəlinmir. İlk dəfə olaraq erməni barədə məlumat məhz Bakını tərk edən çar qoşunlarının komandanın hesabatında verilir.

Bakı xanlığı 1806-cı il oktyabrın 6-da çarizm tərəfindən tamam işğal olunduqdan sonra Çara 1807-ci ildə göndərilən hesabatda Bakıda 500 ev, 3000 nəfər əhali yaşaması qeyd edilir və bu zaman burada cəmi dörd erməni yaşaması barədə məlumat verilir. 1724-cü il noyabrın 10-da 1 Pyotr erməni patriarxı İsaya və bütün erməni xalqına ermənilərin Gilanda, Mazandaranda və Bakıda məskunlaş masına icazə verilməsinə dair P24 saylı barədə fərmana baxmayaraq ermənilər 1807-ci il tarixə qədər burada cəmi dörd nəfər olublar. 1836-cı il mənbələrində artıq 24 , 1846-cı il hesabatında isə cəmi 40 erməni evi olduğu yazılır. 1846-cı ildə Bakının erməni varlılarından Tomas Eyvazov öz hesabına Sisianovun xatirəsinə abidə düzəltdirmişdi.

Buna baxmayaraq ermənilər Bakıda yaşamaq istəmirdilər və 40 erməni evindən 12-si buranı tərk edərək Gəncə ərazisinə köçmüşdür. Ermənilərin Bakıya axını neft fırtınasından sonra başladı. 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə Qara Şəhər ərazisində 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Nobellər, Rotşildlər, Rokfellelər, Deterniqlər Bakıda zavodlar və şirkətlər açdıqca da Bakı şəhərində ermənilər çoxalmağa başladılar. Lakin 1918-c ilə qədər ermənilərin Bakıda sayı əhalinin 14-faizini belə keçmirdi.

Bakıda ermənilər məskunlaşdıqca qədim atəşpərslərə aid yerləri özlərinə kilsə etmək üçün şəhər rəhbərliyinə müraciət edirlər. İçərişəhərdə qədim bir atəşpərəst məbədini onlara verirlər, lakin sonradan ermənilərin burda ibadətdən daha çox siyasətlə məşğul olduğunu görüb oranı sökürlər. İkinci kilsə Müqəddəs Qriqori kilsəsi 1863-1869-cü illərdə inşa edilmişdir. Onun maliyyəsinin böyük hissəsini Bakı müsəlman milyonçuları veriblər. Cəmi bir ermənı Budaqov(yan) kilsə tikintisinə pul ayrır. Kilsənin memarı Otto Gippus olur. Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Q.Qolitsının qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı.

Bu qərara etiraz olaraq “Daşnaksütyun” partiyası Bakıda bir neçə terror hadisəsi törədir. 1918-ci il mart qırğınları zamanı isə kilsənin anbarından yüzlərlə silah sursat, erməniləri türkləri qırmağa çağıran kağızlar tapılmış idi. Bu gün bu kilsə dövlət tərəfindən qorunur . Hazırda erməni kilsəsində Prezident Kitabxanasının fondunda olan nadir erməni ədəbiyyatı fondu və depozitar fond saxlanılır.

Dosent Zaur Əliyev.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir