Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudovun qızıl qiymətində 2 resepti.
Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri namizədi, Əməkdar müəllim, hamımızın sevimlisi Rəşid Mahmudovun qızıl qiymətində 2 resepti.
Xeberciniz.biz Zehra Aslanova adlı sosial şəbəkə (facebook) istifadəcisinin öz profilindən Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudovun onurğa sütununa, bel, boyun yırtığına, kirəclənməyə çarə olan qızıl qiymətində 2 reseptinin təqdimatın sizlərə təqdim edir.
Onurğa sütununa, bel, boyun yırtığına, kirəclənməyə çarə olan resepti.
BİRİNCİ RESEPT:
1 x.q bal,
1 x.q günəbaxan yağı,
1 x.q xandrakol (diş məcunu kimi gel),
bunları bir-birinə qarışdırırsınız və əlinizə alıb bütün onurğanız boyunca yedirdərək sürtürsünüz 30 dq müddətində. Sonra saç feni ilə həmin problemli bölgələri isidib iki tənzifin arasına pambığı qoyub isinən kimi üstünə qoyub lentlə yapıştırırsan və 4 gün sonra açırsan. Çimdikdən sonra prosesi eyniylə təkrarlayırsan 15-25 dəfə.
İKİNCİ RESEPT:
6 ədət limonu götürüb qabığın soyursunuz və ət maşınında yaxşıca çəkirsiniz. 6 baş sarımsağı (diş yox baş) doğrayıb onu da ət maşınında yaxşıca çəkirsiniz və bunları yaxşıca qarışdırırsınız. 3 dəstə cəfərini doğrayıb ət maşınında çəkirsiniz və bunları yaxşıca qarışdırırsınız, buna 200-qr bal töküb bunları yaxşıca qarışdırırsınız. Bu qarışımı 15 gün soyuducunun qaranlıq yerində saxlayırsınız. 15 gün sonra hər səhər ac qarnına almagel A içtikdən 15 dq sonra 1 x.q hər səhər və hər axşam bu qarışımı qəbul edirsiniz. Bu miqdarda olan qarışımı ildə 1 dəfə qəbul edə bilərsiniz.