Əlillik və Əlillərə qarşı Ayrı-seçkilik
Əlillik nədir?
Əlillik bir şəxsin xüsusiyyəti deyil, bu daha çox sosial mühit tərəfindən yaradılmış şəraitin mürəkkəb bir toplusudur.
Fəaliyyət, Əlillik və Sağlamlıq üzrə Beynəlxalq Təsnifat, 2002 (ÜST)
“Əlillik” sözünə tərif verilməsi ilə bağlı müxtəlif cəhdlərin göstərilməsinə baxmayaraq, ümumi qəbul edilən bir t ərif yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fəaliyyət, Əlillik və Sağlamlıq üzrə Beynəlxalq Təsnifatında əlilliyin sosial aspektlərini nəzərə alır və əlilliyi yalnız “tibbi” və “bioloji” funksiyasızlıq kimi görmür. ÜST tərəfindən iki əsas anlayış aşağıdakı kimi ayırd edilmişdir:
Qüsurlar: Psixoloji, fizioloji və ya bədən quruluşunun və ya funksiyasının pozulması, eləcə də hər hansı bir çatışmazlığı. Məsələn, iflic və ya görmə qüsuru.
Əlillik: Bir insan üçün normal hesab edilən çərçiv ədə bir sıra fəaliyyətləri yerinə yetirmək qabiliyyətinin olmaması (qüsurlardan yaranmış) və hər hansı bir məhdudiyyətin olmasıdır.1
BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası (2006) “əlilliyin təkamül edən anlayış olduğunu və əlilliyin insanların səhhətinin pozulması ilə onların münasibət və mühit baryerləri arasında baş verən və bu insanların cəmiyyətin həyatında digərləri ilə bərabər səviyyədə tam və səmərəli iştirakına mane olan qarşılıqlı təsirin nəticəsi olduğunu” qeyd edir. Maddə 1-ə görə, “Əlillərə … – sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar aiddir.” 2 Cəmiyyətdə əlillərin qarşılaşdığı maneələrin səviyyəsindən asılı olaraq bu qüsurlar onların məhdudiyyətinin dərəcəsini müəyyən edir.
Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş ən son yanaşmaya görə əlilliyi olmaq bir tərəfdən, şəxsin sağlamlığı və digər şəxsi faktorlar (yaş, cins, şəxsiyy ət və ya təhsil səviyyəsi kimi), digər tərəfdən, onları əhatə edən sosial və fiziki mühit arasında dinamik əlaqənin nəticəsidir. Bu yanaşma “əlilliyin sosial modeli” adlanır.
Əlillər kimlərdir?
Əlillik bir qavrayış məsələsidir. Əgər siz yalnız bir şeyi yaxşı edə bilirsinizsə, onda siz birinə ehtiyac duyursunuz.
Martina Navratilova
ÜST-nin hesablamalarına görə 1 milyardan artıq insanda, dünya əhalisinin təqribən 15%-i, əlilliyin müəyyən forması3 var və bu əlillik formalarının yalnız 5%-i anadangəlmədir. BMT-nin İnkişaf Proqramının (BMTİP)4 məlumatına görə, əlillərin 80 %-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Dünya Bankının hesablamalarına görə, dünyanın ən kasıb insanlarının 20%-i əlildir.5
Əlilliyi olan insanlara ən böyük azlıq kimi baxılır, lakin əksər azlıqlardan fərqli olaraq buna üzvlük hər zaman açıqdır: Bizlərdən hər hansı birimiz qəza, xəstəlik və yaşlanma səbəbindən istənilən bir zaman üzv ola bilərik. Belə liklə, əlillik insan vəziyy ətinin belə bir hissəsidir. Əlilliklərin böyük əksəriyyəti sosial, iqtisadi və ya siyasi amillər nəticəsində və ya qəza və silahlı münaqişəl ər zamanı ortaya çıxır. Hal -hazırda ətraf mühitin çirklənməsi, HİV/QİÇS və narkotik maddələrin istifadəsi kimi bir çox amillər də qüsur və zədələrin yaranmasına sə bəb ola bilər. Əlillik həmçinin yoxsulluqla əlaqəli iki səbəbdən inkişafda olan bir problemdir: Əlillik yoxsulluq riskini, yoxsulluq isə əlillik riskini artıra bilər.6 Əlilliklərin 50%-ə qədəri qarşısı alına biləndir və birbaşa yoxsulluqla əlaqəlidir.7
ÜST-yə əsasən, dünya üzrə uşaqlar və gənclərin təqribən 10%-də, təxminən 200 milyonunda hissiyyat, əqli və ya zehni sağlamlıq çatışmazlığı var.
Əlillər cəmiyyəti daxilindəki qruplar ümumi sosial-mədəni tarixə sahib ola bilərlər. Bəzi qruplar Amerika və ya Fransız İşarə dilləri, Brayl kimi ümumi dilləri və həmçinin əlillik və ya özləri haqqında danışmaq üçün istifadə etdikləri bəzi spesifik terminləri paylaşırlar. Onlar çox zaman əlilliyə dair məlumatlandırmanın və qürurun bayram edilməsi kimi adətlərini və ənənələrini bölüşürlər. Bu gün əlil insanlar müxtəlif cəmiyyətdə xüsusi bir mədəni qrup olaraq qəbul edilir.
Əlillik mədəniyyəti əlilliyi olan insanların mütləq faciəvi olmadığını və onların dəyərsizləşmədiyini qəbul edərək onların həyatını anlamalı və bayram etməlidir.
Sual: Əlillərin olduğu filmlər və ya kitablar göstərə bilərsiniz? Onlar əlilliyin müsbət imicini təqdim edir?
Əlillik insan hüquqları məsələsi kimi
Yevgenika və həyat üçün təhlükə
Dövlətlər fiziki məhdudiyyətli insanların, xüsusilə də əlilliyi olan qız və qadınların evliliyi, cinsi həyatı və valideynliyinə qarşı cəmiyyətdə hələ də mövcud olan mənfi münasibətin dəyişdirilməsi istiqamətində tədbirlərə yardım etməlidirlər.
Əlilliyi Olan Insanlara Bərabər İmkanların Yaradılması üzrə BMT-nin Standart Qaydaları
Yaşamaq hüququ ən əsas insan hüququdur; Ancaq tarix boyunca, əlil insanlar “normal” insanlardan daha az dəyərli hesab edildiyi üçün onların “həyatının” təhdid edildiyi zamanlar olmuşdur. Sosial Darvinizm nəzəriyyəsi və onunla əlaqəli Yevgenika hərəkatı insanın “genofondunun” insan müdaxiləsi ilə yaxşılaşdırıla biləcəyi ideyasını təşviq edirdilər və əlilliyi olan insanların “aşağı səviyyəli adam” kimi damğalanmasında böyük rol oynayırdılar. İkinci Dünya Müharibəsi dövründə konsentrasiya düşərgələrinin ilk qurbanları olmuş 200.000-dən çox əlil insanın öldürülməsi ilə Yevgenika hərəkatı nasist Almaniyada öz pik həddinə çatmışdı8. Bu hərəkat geniş şəkildə öz etibarını itirməsinə baxmayaraq, bu gün də məcburi sterilizasiya və selektiv abort kimi müxtəlif formalarda “yevgenika” ideyaları və təcrübələri davam edir. “Mənfi yevgenika” – yararsız hesab edilən insanların nəsil verməsinin qarşısının alınması və ya onların həvəsdən salınması ilə bağlı olan təcrübələrə aid edilən bir termindir. Tibb elminin inkişafı ilə “neo-yevgenik” inanclar özünə yeni tərəfdarlar tapır. Prenatal seçim və amniosintez uşaq gözləyən valideynlərə “kimin bu dünyada yaşa biləcəyi və ya bilməyəcəyinə” qərar verməklə bağlı səlahiyyətlər verir.
Avropada məcburi sterilizasiya (qadınların dölsüzləşdirilməsi)
İnsan hüquqları üzrə beş qrup Fransada əlilliyi olan qadınların məcburi sterilizasiyasına qarşı birləşir. 2011-ci ilin avqust ayında məlumatları və ya razılıqları olmadan sterilizasiyaya uğramış əqli qüsürlu beş gənc qadın tərəfindən Avropa İnsan Hüquqları Məhk əməsinə yazılı qeydlər9 təqdim edilməklə Gauer və digərləri Fransaya qarşı məhkəmə işi10 başlanılmışdı. Ərizəçilər, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunan ailə həyatına hörmət hüququnun, nikah hüququnun və ayrı-seçkilikdən və ləyaqətsiz davranışlardan azad olma hüquqlarının pozulduğunu bildirmişdilər. Bu beş qrupun koalisiyası Məhkəmənin müsbət qərar verməsini gözləyirdilər və bu yolla da əlilliyi olan qadınların öz reproduktiv sağlamlıqları baxımından müstəqilliklərini gücləndirmək niyyətində idilər. Məhkəmə işi hələ baxılmasını gözləyir.
Seçmək hüququ?
Əllilik hüquqları hərəkatı “selektiv abort”la və ya döldə qüsurla əlaqə dar abortla bağlı məsəl ələrə diqqəti yönəltmişdir. Qadın hüquqları hərəkatı qadınların azadlığı məsəl əsini önə ç əkir və qadınların şərtsiz abort etmək hüququnun tanınmasına çalışırsa, selektiv abort əlillik hüquqları aktivistləri tərəfindən kəskin şəkildə tənqid edilir. Onlar gələcək valideynlərə əlillik barəsində obyektiv və qərəzsiz məlumatların verilməsini və valideynlər ə dəstək göstərilməsini tələb edirlər. Yuxarıda göstərilənlər mövcud olsa idi, ehtimal ki, daha az qadın əlil övladını abort etməyi seçərdi.
Əlilliyi Olan Insanlara Bərabər İmkanların Yaradılması üzrə BMT-nin Standart Qaydaları (1993) yalnız əlil insanların hüquqlarının tanınması istiqamətində deyil, müəyyən yol qət etmişdir
Bu məsələ ilə bağlı qərəzli fikirlər. BMT-nin Əlilliyi olan insanların Hüquqları Konvensiyası əlilliklə bağlı işgəncə və pis rəftardan azad olmaq, şəxsi və ailə həyatına hörmət etmək, ailə qurmaq və əlilliyə görə ayrı-seçkilikdən azad olmaq hüquqlarını təsis etmişdir.
Sual: Dünyaya gələcək uşaqlarında qüsur olması səbəbindən valideynlərin abort etdirməsinə icazə verilməlidir? Nələr qüsur sayıla bilər?
Əlillik hüquqları hərəkatı
Anlayışla danışmaq üçün cəhd edən insanları da sevmirəm. Onlar sizinlə birlikdə gedərkən addımlarını qısaldaraq sizə uyğun addım atan insanlar kimidirlər; İkiüzlülük hər iki halda da eyni dərəcədə qıcıqlandırır.
Helen Keller, kar və kor aktivist və müəllif
Getdikcə səs salan və yaxşı təşkil olunmuş əlillik hərəkatları mühüm paradiqma dəyişikliyinin arxasında dayanırlar – onlar əlilliyin insan faciəsi kimi görünməsindənsə, onun bir insan hüquqları məsələsi kimi görünm əsi istiqamətində fikirləri dəyişdirdil ər. Bu cür əlillik hərəkatlarının işi məs ələlərdə “bizimlə əlaqəli heç bir şey bizsiz olmaz” yanaşmasına və tibbi modeldən sosial və insan hüquqlarına əsaslanan modell ərə keçid siyasətinə səbəb oldu: “xəstə” insandan vətəndaşa doğru modeli kimi. Əsas məsələ ondan ibarətdir ki, əlilliyi olan insanlar digər əlil olmayan insanlar kimi eyni hüquqlara malik olmalıdırlar və əlilliyə görə ayrı-seçkilik qadağan edilməlidir.
Əlilliyin Tibbi və Sosial modelləri
1970-ci illərdən əvvəl əlilliyi olan insanları tibbin uğursuzluğu və mərhəmətə ehtiyacı olan hal qurbanları kimi görürdülər. Bunlar fərdi şəxlərlə sıx bağlı olan problemləri ortaya qoyan və əlilliyin yalnız tibbi “müalicə” ilə aradan qaldıra biləcəyini ehtimal edən “tibbi modelin” başlıca xüsusiyyətləri idi.
Bu dominant modelə qarşı böyük bir düşüncə dəyişikliyi 1960-cı illərdə ilk olaraq Amerika Birləşmiş Ştatların da “müstəqil yaşayış hərəkatı” ilə baş vermişdir. Paradiqmanın dəyişməsi cəmiyyətin yenidən qurulmasında və maneələrin aradan qaldırılmasında əlillik probleminin həlli kimi görülürdü. Əlilliyin bu anlayışı Sosial Model adlandırılır. Bu model, maneələrin aradan qaldırılması, müsbət münasibətlərin inkişafına yönəlmişdir və qanunların və siyasətl ərin tam iştiraka dəstək olmasını və ayrı-seçkiliyə yol verilməməsini təmin edir. Əlilliyi olan insanların məruz qaldığı f ərdi və kollektiv mənfi cəhətlərin cəmiyyətimizdə, irqçilik və cinsi ayrı- seçkilik kimi, dərin kök salmış institusional diskriminasiyanın kompleks forması nəticəsində baş verdiyi bildirilir.
Tibbi model soruşur: | Sosial model soruşur: |
---|---|
Sizə nə olub? | Cəmiyyətdə olan yanlışlıq nədir? Əlilliyi olan bütün insanlar üçün hüquqların tam təmin edilməsini asanlaşdırmaq məqsədi ilə hansı sosial, iqtisadi, siyasi və / və ya ətraf mühit şərtləri dəyişdirilməlidir? |
İnsanları başa düşməklə bağlı əsas çətinliyiniz eşitmə problemi ilə əlaqəlidir? | Sizin insanları başa düşmək ilə bağlı çətinliyiniz onların sizinlə əlaqəyə girəbilməmələridir? |
Siz bura sağlamlığınızda olan problemə görə köçmüsünüz? | Evinizdə hansı çatışmazlıqlar buraya köçmənizə səbəb oldu? |
Sağlamlıq probleminiz / əlilliyiniz sizə tez-tez harasa getməyə və ya istədiyiniz qədər uzağa getməyə mane olur? | Hər hansı bir nəqliyyat və maliyyə problemi sizə tez-tez harasa getməyə və ya istədiyiniz qədər uzağa getməyə mane olur?12 |
Əlillik yanaşmasına əsaslanan hüquqlar əlillərə səlahiyyət vermək və onların siyasi, iqtisadi, sosial və mədəni həyatda hörmətli və fərqlənən bir şəkildə fəal iştirakını təmin etməkdir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı
Bu gün də bir çox ölkədə tibbi model hələ də üstünlük təşkil edir və sosial model ümumilikdə qəbul edilmir və ya tətbiq olunmur. Sosial modelin sosial faktorlara, şübhəsiz, zəruri diqqət yetirməsinə baxmayaraq, bu model, əsas şəxsi amilləri, məsələn, ağır əlilliklərlə bağlı olan ağrıları nəzərə almır. Bir əlil fəalı bu məsələni belə bir şəkildə ortaya qoydu: “Biz deyə bilərik ki, cəmiyyət qərəzli fikirləri və əlilliyin yaratdığı ehtiyacları anlaya bilməməsi ilə bizi əlil (fəaliyyətsiz) edir; lakin əlilliyin şəxsi təcrübəsini inkar etmək, sonda bizim çətinliklərimizlə sözləşməkdir.”13 Əlil fəallar qəbul edirlər ki, sosial model, “əlillik ətraf mühit tərəfindən yaradılıbdır” ifadəsindən kənara çıxmalıdır. Onlar hesab edirlər ki, əlil insanlar nə sağlamlıq vəziyyətinin, nə də ətraf mühitin qurbanı olmamalıdırlar. Əksinə onlar bütün hüquqlarından yararlana bilən və öz həyatları üzərində söz sahibi olan fəal şəxslər kimi qəbul edilməlidirlər.
Sosial müdafiə sistemləri bir çox hallarda əlill insanlara öz həyatları üzərindəki nəzarəti həyata keçirməyə mane olmuşdur. Halbuki, bu sistemlər əlil insanların cəmiyyətdə fəal iştirakını asanlaşdırmalıdır. Bu yanaşmanın əlil insanların cəmiyyətə verə biləcəyi mümkün faydasından asılı olmayaraq, onların sosial dəstək almaq hüquqlarının tanınması ilə birgə qəbul edilməsi zəruridir. Əlil insanların cəmiyyətə inteqrasiyası onların mülki, mədəni, iqtisadi, siyasi və sosial hüquqlarından istifadə etməsinin təmin edilməsi və maneələrin aradan qaldırılması məqsədilə siyasətlərin və proqramların həyata keçirilməsini tələb edir.
Bərabərlik məsələləri və ayrı-seçkiliyə yol verilməməsi
İnsan Hüquqları üzrə Dünya Konfransı bütün insan hüquqlarının və əsas azadlıqlarının universal olduğunu yenidən təsdiqləyir və sözsüz ki, bu insanlara əlilliyi olan şəxslər də daxildir.
İnsan Hüquqları üzrə Dünya Konfransının Bəyannaməsi, 1993
Hazırda insan hüquqlarının əlilliklə bağlı narahatlıqlarının əksəriyyəti ayrı-seçkiliklə əlaqəlidir. Əlilliyi olan insanlar əlilliyi olmayan insanlarla tam eyni insan hüquqlara malik olsalar da, onlar hələ də həyatın, demək olar ki, hər bir sahəsində birbaşa və dolayı yolla ayrı-seçkiliyə və təcridə məruz qalırlar.
Bu ya sosiallaşmış qərəzli fikirlərə görə, ya cəmiyyətdə olan struktur problemlərinə görə, ya da onların öz sağlamlıq qüsurlarına görədir. Bu o deməkdir ki, onlar iştirak etmək üçün bərabər şansa sahib olduqları zaman tez-tez cəmiyyətin müsbət səylərinə ehtiyac duyurlar. Bu, xüsusilə, informasiya, səhiyyə, təhsil və məşğulluq kimi sahələrə tətbiq edilə bilər. Müsbət fəaliyyət daha da bərabər bir cəmiyyət yaratmaq məqsədi ilə ənənəvi olaraq ayrı-seçkilikdən əziyyət çəkən xüsusi qrupların təmsilçiliyini təşviq etməyi hədəfləyir.
Münasib yaşayış yeri
Əlil insanlar üçün yaradılmış münasib yaşayış yeri anlayışı ayrı-seçkiliyin edilməməsinə aid edilir. Münasib yaşayış yeri lazım olduğu zaman müvafiq dəyişikliklər və düzəlişlər həyata keçirə bilmək deməkdir, bunun sayəsində əlilliyi olan insanlar digərləri ilə bərabər əsasda öz insan hüquqları və əsas azadlıqlarından istifadə edə bilərlər.14 Belə münasib yaşayış yerləri əlilliyi olan şəxsin xüsusi fərdi həllər ilə təmin edildiyi zaman və informasiya, nəqliyyat, iş yeri, qurğu və xidmətlərə çıxış imkanları olduğu hallarda tətbiq olunur. Burada ümumi məqsəd fərdin cəmiyyətdə iştirakını asanlaşdırmaqdır.
Əlillik və İnsan Hüquqları alətləri
BMT -nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyadan ə vvəl q əbul olunmuş digər əsas alətl ərin tam siyahısını aşağıdakı link vasitəsi ilə tapa bilərsiniz. http://www.hrea.org
1961-ci ilədək, (əlil insanların hüquqlarının qorunmasını açıq qeyd edən ilk beynəlxalq sənəd – Avropa Sosial Xartiyası qəbul olunanadək ), insan hüquqlarına dair tərtib edilmiş əsas beynəlxalq sənədl ərin heç birində əlilliyə xüsusi istinad edilməmişdir . Hüquqlara dair Beynəlxalq Qanunun davamı olaraq aşağıdakı əsas mətnlərdə xüsusi olaraq əlillərin hüquqlarına müraciət edilir.
1971 Əqli Geriliyi olan Şəxslərin Hüquqlarına dair Bəyannamə15
1975 Əlil İnsanların Hüquqları haqqında Bəyannamə
1982 Əlil İnsanlara dair Dünya Fəaliyyət Proqramı
1993 Əlilliyi olan İnsanlara Bərabər İmkanların Yaradılması üzrə Birləşmiş Millətlər Təşkilatının Standart Qaydaları
1993 İnsan Hüquqları üzrə Vyana Bəyannaməsi
2006 BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası (UN CRPD)
Uşaq Hüquqları Konvensiyası BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası qüvvəyə minməmişdən əvvəl əlilliyə görə ayrı -seçkiliyin açıq şəkildə qadağan edən BMT-nin yeganə hüquqi sənədi idi.
Əlilliklə bağlı hərəkatlar insan hüquqlarının bir çox əsas alətlərinin yaradılmasına təkan verirdi. Əsas beynəlxalq insan hüquqları alətləri əlilliyi olan şəxslərin insan hüquqlarını təbliğ etmək və qorumaq üçün əhəmiyyətli dərəcədə imkanlar təklif etsə də, bu imkanlar hələ də tam şəkildə həyata keçirilə bilmirdi. Bu, əlilliyi olan şəxlərin hüquqları haqqında BMT Konvensiyasının yaradılmasının əsas səbəbi idi.
BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası
Bu Konvensiya 2006-cı ildə qəbul edilmişdir və əlilliyi olan şəxslərlə bağlı ölkələrə minimum standartlar müəyyən etməklə əlilllərin mülki, siyasi, iqtisadi və sosial həyatdan bəhrələnə bilməsi üçün dövlətlərə öhdəlik tətbiq edən BMT-nin hüquqi cəhətdən məcburi olan ilk beynəlxalq sənədidir. Konvensiya əlilliyi aydın bir şəkildə insan hüquqları məsələsi kimi tanıyır. Konvensiyanın yeni hüquqlar yaratmamasına baxmayaraq, bu sənəd əlil olan şəxsl ərə qarşı, mülki həyat, ədalətə və təhsil hüququna çıxış imkanları, səhiyyə xidmətlərinə və nəqliyyata çıxış imkanları da daxil olmaqla, həyatın bütün sahələrində ayrı-seçkiliyi qadağan edir. BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının Fakultativ Protokolu fiziki şəxslərin və şəxslər qruplarının hüquqlarının Protokolda iştirak edən t ərəflər tərəfindən pozulduğuna dair şikayətlərini “CRPD” Komitəsinə təqdim etməsinə imkan verir.16.
2006-cı ildən etibarən BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasını 105 dövlət ratifikasiya edib və 153 dövlət imzalamışdır; Bu Konvensiyanın Fakultativ ptotokoluna isə 90 ölkə imza atıb və 63 ölkə ratifikasiya edib. (2011-ci ilin sentyabr ayı
məlumatlarına əsasən)
Konvensiya əlilliyi olan insanların daha çox yoxsulluq riskində olduğunu vurğulayır və əlilliyi olan azlıqların, qadınların və ya qızların üzləşdiyi çoxsaylı ayrı- seçkiliyi də diqqətə çatdırır. Konvensiya vətəndaş cəmiyyəti təşkilatlarının işinə əlilliyi olan şəxslərin fəal şəkildə cəlb olunması öhdəliyini də vurğulayır. Konvensiyanın 3-cü maddəsi bu sənədin təfsirini və həyata keçirilməsini izah edən bir çox ümumi prinsipləri müəyyən edir:
- Şəxsi seçim etmək azadlığı və müstəqilliyi də daxil olmaqla, insan ləyaqətinə, onun şəxsi sərbəstliyinə hörmət olunması;
- Ayrı-seçkiliyə yol verilməməsi;
- Cəmiyyətə tam və səmərəli cəlb olunma və daxil olma;
- Əlillərin xüsusiyyə tlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması;
- İmkanların bərabərliyi;
- Müyəssərlik;
- Kişi və qadınların bərabərliyi;
- Əlil uşaqların inkişaf edən qabiliyyətinə hörmət və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət.
Beynəlxalq Əlillik Alyansı əlilliyi olan insanların nümayəndəliklərinin koordinasiyalı iştirakı ilə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının səmərəli həyata keçirilməsini təşviq edir.17
Əlilliyi olan insanlarla bağlı xüsusi narahatlıq onların tez-tez digər insanların qərarlarına tabe olmalarıdır. BMT- nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın 12-ci maddəsi əlilliyi olan şəxslərin hüquqi qabiliyyətini tanımaqla və onların bu qabiliyyətl ərini istifadə edə bilmələrini dəstəkləmək üçün zəruri tədbirlər görməklə bu yanaşmanı düzəltməyə çalışır. Məsələn, əlil şəxslərin adından qərar qəbul edən qəyyumları təyin etmək təcrübəsini aradan qaldırmaqla, bunun əvəzinə əlillərə öz qərarlarını özləri ver ə bilməsi üçün dəstək olmaq kimi tədbirləri həyata keçirir. Siyasi iştirak hüququ, ədalətli mühakimənin təmin olunması və ya ail ə qurmaq hüququ kimi Konvensiyanın digər hüquqlarını həyata keçirmək üçün ilk şərt 12-ci maddəyə hörmət etməkdir.
Avropa Şurası və Əlillərin hüquqları
Avropa Şurası əlillik sahəsində aparıcı hüquq müdafiəçisi olmuşdur. Bu qurumun Avropa Sosial Xartiyası (1961) əlilliyi olan şəxslərin müstəqillik hüquqlarına, sosial inteqrasiyasına və cəmiyyətin həyatında iştirakına dair aydın maddələri özündə əks etdirir.
Avropa Sosial Xartiyası, Maddə 15
Fiziki və ya əqli qüsurlu əlillərin peşə təlimi, reabilitasiyası və yenidən məskunlaşması üzrə hüquqlarının səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə Razılığa gələn Tərəflər aşağıdakıları öz üzərinə götürür:
1. zəruri hallarda, ixtisaslaşmış ictimai və ya özəl qurumlar daxil olmaqla təlim yerlərinin təmin edilməsi üçün lazımi tədbirlər görmək
2. Əlillərin ixtisaslaşdırılmış xidmətlər, mühafizə olunan iş yerləri kimi məşğulluq növlərinə cəlb olunması və onları işə qəbul etmək üçün işəgötürənləri stimullaşdırmaq məqsədi ilə lazımi tədbirlər görmək
Avropa Şurası “Əlilliyi olan insanların cəmiyyətdə tam iştirakını və hüquqlarını təşviq edən Fəaliyyət Planı: 2006-2015- ci ill ərdə Avropada əlil insanların həyat keyfiyyətinin yaxşılaşdırılması” sənədi vasitəsi ilə üzv dövlətlər tər əfindən siyasi və ictimai həyatda iştiraka, təhsil ə, sağlamlığa və ya maarifləndirmə işlərinə daxil olan sahələrdə xüsusi fəaliyyətlərin həyata keçirilməsini qarşıya məqsəd qoyub. Bu sənəd müxtəlif vacib kəsişən aspektlərə malikdir: əlilliyi olan qadınlar və qızlar, əlil uşaqlar, böyük dəstəyə ehtiyacı olan insanlar, yaşlı insanlar və azlıq qruplarından olan əlil insanlar. Fəaliyyət Planı həmçinin BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyasının üzv ölkələr tərəfindən tətbiq edilməsinə və Avropa Şurası üzv dövlətlərinin bütün siyasət sahələrində əlilliyi nəzərə almasına yardım edən bir vasitə kimi qəbul edilir.
Aİ-də əlilliklə bağlı siyasət və fəaliyyətlər
Avropa Əlillər Forumunun (EDF) ən öncül kampaniyalarından biri – Hərəkət Azadlığı – Avropa İttifaqı ərazisindəki əlil insanların səyahət, əsas mal və xidmətlərə çıxış, nəqliyyat, təhsil, iş və ya məlumat
sahəsində üzləşdikləri maneələrin aradan qaldırılması
üçün fəaliyyət həyata keçirməyə çağırır.
www.edf-feph.org
Avropa İttifaqı səviyyəsində Avropa Əlillər Forumu (EDF) – əlilliyi olan 80 milyon insanın maraqlarını təmsil edən Avropa təşkilatı – əlilliyi olan şəxslərin hüquqlarının tanınması üçün digər təşkilatlarla birlikdə lobbiçilik fəaliyyəti ilə məşğul olmuşdur. Nəticədə Amsterdam müqaviləsində və Məşğulluq və Peşə Sahələrində Bərabər
Rəftar üzrə Avropa İttifaqı Direktivlərində əlillərin ayrı-seçkilik mə sələlərinə yer ayrılmşdır və bu sənədlər məşğulluq sahəsində əlillik səbəblərinə görə ayrı-seçkiliyi qadağan edir və lazımi uyğunlaşmanın həyata keçirilməsini təşviq edir.
Avropa İttifaqının Fundamental Hüquqlar üzrə Xartiyasının (2000) 26-cı maddəsi əlillərin öz müstəqilliyini, sosial və peşə inteqrasiyasını və cəmiyyətin həyatında iştirakını təmin etmək üçün nəzərdə tutulmuş tədbirlərdən əlil insanların faydalanması hüquqlarını tanıyır və bu hüquqlara hörmət edir. 2010-cu ildə Avropa Komissiyası 2010-2020-ci illəri əhatə edən Avropa İttifaqının əlillik strategiyasını qəbul etmişdir. Bu sənəd əlil insanların cəmiyyətdə və Avropa iqtisadiyyatında tam iştirakdan faydalana bilməsi üçün onlara dəstək vermək məqsədi daşıyır.
Nə vaxta qədər ki, insanların əksəriyyəti qarşısındakını insan kimi deyil, əlil kimi görəcək, o vaxta qədər də münasibət ilə bağlı olan maneələr mövcud olacaqdır.
Karina Çupina
Avropa Ittifaqı hər hansı bir insan hüquqları sənədinə tərəfdaş çıxan ilk regional inteqrasiya təşkilatı olaraq BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasını ratifikasiya etmişdir.18 Aİ-nin bütün qurumları və agentlikləri öz səlahiyyətləri daxilində əlilliyin diqqət mərkəzinə gətirərək bütün siyasət sahələrində Konvensiyanın dəyərlərini – nəqliyyatdan məşğulluğa qədər, informasiya və kommunikasiya texnologiyalarından əməkdaşlığın inkişafına qədər – təsdiq etməlidirlər. Onlar həmçinin inzibati binalarının texniki baxımdan əlçatan olmasını və məşğulluq və komunikasiya siyasətlərini mövcud tələblərə uyğunlaşdırmalıdırlar.
Əlillərə qarşı ayrı-seçkilik nədir?
Əlillərə qarşı ayrı-seçkilik hər zaman açıq-aşkar görsənmir və “Biz abilistik” deməklə bizim düşüncələrimizdə və fəaliyyətimizdə yer almır, lakin bundan da az deyildir.
Əlil bir aktivist
Əlillərə qarşı ayrı-seçkilik əlil insanların digər insanlardan aşağı olduğu anlayışından irəli gələrək onlara qarşı ayrı-seçkilik, təzyiq, sui-istifadə davranışları əhatə edir. Əlillərə qarşı ayrı-seçkilik əlil insanlara qarşı qərəzli münasibətə, stereotiplərə və ya “institusional ayrı-seçkiliyə” əsaslanır. Əlillərə qarşı ayrı-seçkiliklə (həmçinin əlilliyi olmayan insan lehinə ayrı-seçkilik kimi tanınır19) bağlı ən əsas problem onun asan təyin edilə bilməməsidir. Bir çox hallarda insanlar onun mövcudluğunu dərk etmirlər. Əlillərə qarşı ayrı-seçkilik, ilk növbədə, insanların yanaşmaları ilə bağlıdır: bu yalnız insanların şüurlu şəkildə ayrı-seçkiliyə əsaslanan rəftara deyil, həmçinin insanların qeyri- şüuri şəkildə əlilliyi olan insanlara qarşı rəftarına aid edilir. Əlillərə qarşı şüurlu göstərilən ayrı-seçkilik münasibəti ilə müqayisədə onlara qarşı göstərilən qeyri-iradi ayrı-seçkilik münasibəti ilə mübarizə daha çətindir. Lakin insan hüquqları baxımından onun hər iki forması ilə mübarizə aparılmalıdır.
Hər kəsin ambissiyalara malik olmaq hüququ və onları əldə etmək üçün bacardıqları qədər cəhd etmək məsuliyyətləri vardır.
Simon Stivens20
Əksər insanlar deyirl ər ki, onlar fiziki məhdudiyyəti olan insanlara qarşı deyillər. Bəlkə də bu doğrudur. Lakin əksəriyyət fiziki məhdudiyyəti olan insanları hələ də bərabər görmür və onların normal həyatlarını yaşamasının qarşısını alan cəmiyyətdə mövcud maneələri qiymətləndirə bilmir. Məsələn, bəzi sürücülər fiziki məhdudiyyəti olan insanların nəqliyyat vasitələri üçün ayrılmış dayanacaq yerlərini istifadə edirlər. Bu isə nəticədə, əlil sürücülərin evə geri qayıtmasına səbəb olur. Əlillərə qarşı ayrı-seçkilik cəmiyyətin bütün təbəqələrində vardır. Şüurlu ayrı-seçkilik iqtisadi sahədə geniş yayılmışdır (məsələn, işə qəbulda ayrı-seçkilik), lakin bilməzlikdən və ümumi məlumatsızlıqdan irəli gələn qeyri-iradi ayrı-seçkilik narahatlığa daha çox əsas verir. Hərəkət məhdudiyyəti olan insanların özlərinin ayrı binaları və müəssisələri, nəqliyyat vasitələri olduğundan “aparteid münasibəti”ndə olduğu kimi cəmiyyətdə inkluziv planlaşmanın vacib olmadığı yanaşması formalaşa bilər. Əlillərə qarşı ayrı-seçkilik həmçinin ictimai binalarda əlillər üçün ayrı və qeyri-bərabər girişlərin geniş istifadə olunmasında özünü göstərir. Ayrı-seçkiliyin olmadığı mühit yaşlı insanlara, uşaqlı analara və müvəqqəti və ya daimi qüsuru olan hər kəsə ticarət mərkəzlərinə, ictimai təyinatlı müəssisələr və yerlərə bərabər giriş imkanlarını yaradır.
Sual: Əgər siz əlil olsanız, sizin olduğunuz məkanda hansı yerlər sizə əlçatan olmayacaq?
Gənc insanlar və əlillik
Hesablamalar göstərir ki, dünyada 180-220 milyon nəfər arası əlil gənclər vardır və onların 80 faizə yaxını inkişaf etməkdə olan ölkələrdə yaşayırlar.21
Əlillik məsələsinin aktuallaşdırılması bütün sahələrdə və səviyyələrdə qanunvericilik, siyasət və proqramlar daxil olmaqla, planlaşdırılmış istənilən növ fəaliyyətin əlill ərə təsirlərinin qiymətləndirilməsi ilə bağlı prosesdir.22 Gənclərlə bağlı bütün məsəl ələrdə əlilliyin, əlilliklə bağlı bütün məsələlərdə is ə gənclər mövzusunun aktuallaşdırılması istiqamətində çalışmaq vacibdir. Həm əlillik, həm də gənclər istənilən siyasət hazırlanarkən nəzərə alınmalı əsas məsələ olmalıdır. Effektiv siyasətl ərin hazırlanması üçün qərarverici şəxslər əlillərin məsələləri ilə bağlı geniş məlumatlı olmalıdır və əlil gənclərin özlərinin qərarvermə prosesində iştirakı təmin edilməlidir. Buna dövlət institutları ilə əlil şəxslərin təşkilatları arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulması ilə nail olmaq olar.
Burada əsas problem əlil gənclərin maraqlarını təmsil edən təşkilatların sayının az olması və ya onların əlil gənclər tərəfindən idarə edilməməsi ilə bağlıdır. Beynəlxalq və regional səviyyədə gənclik və əlillik məsələləri sahəsində ən fəal təşkilatlara Eşitmə Qüsurlu Gənclərin Beynəlxalq Federasiyası, Leonard Çeşir Əlil Gənclərin Səsləri, Afrikalı Əlil Gənclərin Şəbəkəsi, Gənclər üçün Pineda Fondu, Eşitmə Qüsurlu Gənclərin Ümumdünya Federasiyası və Avropa Əlillik Forumunun Gənclər Komitəsi daxildir.
Eşitmə Qüsurlu Gənclərin Beynəlxalq Federasiyası (EQGBF)
EQGBF bütün dünyada öz fəaliyyətini eşitmə qüsurlu g ənclərə həsr edən milli v ə regional gənclər təşkilatlarının beynəlxalq QHT-sidir. Federasiya eşitmə qüsurlu g ənclərin həyat keyfiyyətinin artırılması v ə cəmiyyətin bütün səviyyələrində onlar üçün bərabər hüquqların təşviq edilməsi istiqmətində çalışır. EQGBF Avropa Şurası ilə fəal əməkdaşlıq edir – məsələn, eşitmə qüsurlu gənclər üçün təlim sessiyalarının təşkil edilməsi – və bir neçə dəfə Avropa Şurasının Gənclər üzrə Məşvə rətçi Şurasının üzvü olmuşdur. Fedrasiyanın digər f əaliyyətlərinə eşitmə qüsurlu gənclər üçün beynəlxalq yay düşərgələrinin, təlim proqramlarının, seminarların və ingilis dili kurslarının təşkil edilməsi daxildir.
Təhsil hüququ
Avropa Əlillik Forumunun Gənclər Komitəsi
Komitə 2000-ci ildə Avropa Əlillik Forumunun (AƏF) bütün siyasətlərində əlillik məsələsinin aktuallaşdırılması və həmin forum və Avropa İttifaqı daxilində əlil gənclərin ehtiyaclarına dair məlumatlılığın artırılması məqsədilə yaradılmışdır. AƏF-in Gənclər Komitəsinin “Gənc və əlil: günd əlik çətinliklər” adlı nəşri cinsi məsələrdən tutmuş təhsil, məşğuliyyət kimi sahələrdə əlil gənclərin qarşılaşdığı maneələri işıqlandırır.
Onilliklərlə, əlillər üçün xüsusi məktəblər onları ayırmaq üçün vasitə kimi görünmüş və digər məktəblərlə müqayisə də təhsilin s əviyyəsinin aşağı olmasına görə tənqid edilmişdir. Ayrı təhsilin və xüsusi məkt əblərin üstünlükl əri və çatışmayan cəhətləri ilə bağlı bir çox debatlar olmuş, xüsusi təhsilin ümumi təhsil sistemi ilə birləşdirilməsinə qarşı çıxılmışdır. Bu debatın nəticəsindən asılı olmadan, uşağın xüsusi ehtiyaclarından irəli gələrək onların valideynlərinin və əlil gənclərin xüsusi və ümumi məktəblər arasında seçim etmək hüququ olmalıdır. İnkluziv təhsilin ən üstün cəhətlərindən biri odur ki, əlil və əlil olmayan şagirdlərin məktəbin ilk illərindən bir yerdə olması gələcəkdə mümkün ola biləcək qərəzin qarşısını ala və ümumilikdə əlil insanların cəmiyyətə inteqrasiyasına kömək edə bilər.
Əlil uşaqlar və gənclər əsasən uyğun olmayan məktəb binaları və ya tədris materialları, əlillərin xüsusi ehtiyacları üzrə təlim görməyən heyətin çatışmazlığı, birbaşa və dolayı ayrı-seçkilik kimi problemlərlə rastlaşırlar. Məktəblərdə – istər inkluziv, istərsə də xüsusi – əlil uşaq və gənclərin təhsildə bərabər iştirakı üçün həyat və sosial inkişaf bacarıqlarını öyrənmələri, yoldaşları tərəfindən dəstək və qayğı görmələri, texnologiyaya və metodologiyaya çıxışlarının olması üçün imkanlar olmalıdır.
Qeyri-formal təhsil və fəal tədris əlil insanlar üçün formal təhsillə müqayisədə daha inkluziv ola bilər. Xüsusi təhsil sisteminin məhdudiyyətləri və ya sosial kənarlaşdırma səbəbindən sosial ünsiyyət və ya xarici dil bacarıqlarının çatışmazlığı qeyri-əlil uşaqlara nisbətən əlil uşaqlar arasında daha geniş yayılmışdır. Sadalanan faktorlar qeyri-formal təhsil növünü əlil insanların zəruri həyat bacarıqlarını formalaşdırmaq baxımından xüsusilə vacib edir. Bu bacarıq formal təhsil zamanı formalaşdırılmaya bilər. Həmçinin daha əvvəl bir arada olmayan fərqli qruplardan olan insanları bir araya gətirmək və ya əlil gənclərin ümumi təlim kurslarında iştirakını təşviq etməklə əlillik parametrini ümumi təhsilə daxil etmək lazımdır.
Bacarıqların Mübadiləsi layihəsi
Erasmus Tələbə Şəbəkəsi (ETŞ), Gənclər Aqorası və Avropa Əlillik Forumu Avropa Şurasının dəstəyi ilə ETŞ-in fəaliyyətinin bütün səviyyələrinə əlil tələbələrin çıxışını təmin etmək məqsədilə Bacarıqların Mübadiləsi layihəsini yaratmışdır. 2009-2010-cu tədris ilində həyata keçirilən layihə mübadilədə iştirak edən əlil tələbələrin sayının artırılmasını və xaricdə olarkən onlar üçün ən yaxşı şəraitin yaradılmasını məqsəd olaraq müəyyənləşdirmişdi. 2010-cu ildə layihənin davamına yeni tərəfdaşlarla birgə başlanılmışdır. Daha ətraflı burada: www.exchangeability.eu.
İctimai, siyasi və mədəni həyatda iştirak hüququ
YUNESKO-nun hesablamalarına görə inkişaf etməkdə olan ölkələrdə əlil uşaqların 98 faizi məktəbə getmir və əlil qızların 99 faizi savadsızdır.
Xüsusi ehtiyaclarının və hüquqlarının tanınması ilə cəmiyyətə tam inteqrasiya məqsədilə fəal iştirak əlil gənclər tərəfindən əsas məsələ kimi görülməyə başlanır. Bir çox gənclər mümkün olduğu halda aparıcı təşkilatların fəaliyyətinə cəlb olunmaq istəyirlər. Ümumi maraqdan qaynaqlanaraq gənclər belə aparıcı təşkilatlarda bir araya gələ bilirlər. Əlil gənclərin fiziki və psixoloji maneələrdən irəli gələrək heç də həmişə belə imkanları olmur.23
Daha geniş iştirakın qarşısında maneə yerli və milli səviyyədə əlil insanların və onların qayğılarının təmsil olunması üçün lazımi strukturların mövcud olmamasıdır. Məlumat azlığı isə başqa bir maneədir. Bu məlumat binaların fiziki baxımdan əlçatan olması və ya eşitmə, görmə qüsuru olan insanlar üçün lazımi avadanlıqların olub-olmaması ilə bağlıdır. Əlçatanlıqla bağlı məlumatsızlıq – və ya bəzən əlçatan olmamaqla bağlı qorxu – əlil insanların tədbirlərdə iştirakının qarşısını alır.
İştirakla bağlı başqa bir çətinlik özünü müəyyənləşdirmədədir: onlar özlərini “əlil” kimi görür yoxsa “azlıq” qrupun nümayəndəsi kimi qəbul edir. Bəzi əlil insanlar onlar üçün sətraltı mənfi mənası olduğuna görə özlərini azlıq kimi görmək istəmirlər; bəziləri isə özlərini əlil kimi deyil, ayrı-ayrı linqvistik və mədəni azlıqların nümayəndələri kimi görürlər.
Əlillik deyil, bacarıq nəzərə alınmalıdır, mən bu sözü istifadə etməyi xoşlamıram.
Marli Matlin, kar aktrisa və Oskar sahibi
Siyasi iştiraka gəldikdə isə, bir çox əlil insan səsvermə hüququndan məhrum edilir və ya səsvermə prosesi onların iştirakı üçün əlçatan olmur.
Əlilliyi olan insanların iştirakına və cəlb olunmasına gəldikdə isə, əlill ərin hüquqları haqqında məlumatlılığın artırılması və münasibətlərin dəyişməsində kütləvi informasiya vasitəl ərinin rolu vacibdir. Kütlə vi informasiya vasitələri əlil insanların vəziyyə tini tez-tez digər insanın öhdəsində olan biri kimi v ə ya daha kəskin tə svir edir: ya kasıb və yazıq kimi, ya da yaşamaq uğrunda mübarizə aparan qəhrəman kimi göstərilir. Belə təsvir əlil insanlar haqqında stereotiplər yaradır və cəmiyyətd ə olan digər qruplar kimi onların da maraqlı və müxtəlif insanlar kimi qəbul edilməsinin qarşısını alır.
Maneələrə Yox, Sərhədlərə Yox
SALTO-nun “Maeələrə Yox, Sərhədlərə Yox”24 adlı bukleti əlil və qeyri-əlil gənclərin iştirakı ilə beynəlxalq qarışıq bacarıq layihələrinin necə həyata keçirilməsi haqqındadır. Bu nəşr gənclərlə işləyən şəxslər və layihə t əşkilatçılarına müxtəlif fiziki məhdudiyyəti olan şəxslərlə necə ünsiyyət qurmasına, gənclərin layihələrinin necə maliyyələşdirməsinə və ya onlar üçün təlim kurslarının necə təşkil edilməsinə dair spesifik işarələr və təlimatlar verir.
www.salto-youth.net/rc/inclusion
İstinadlar
Əqli Əlilliyin Müdafiəsi Mərkəzi tərəfdaş təşkilatlarla birlikdə əlil insanların səsvermə hüququnu təşviq etmək məqsədilə kampaniya başladıb: www.savethevote.info.
1 www.un.org/esa/socdev/enable/dis50y10.htm
2 Qeyd: “əngə lli” sözü artıq uyğun hesab edilmir və əlilliyin müasir anlayışına cavab vermir. Terminologiya ilə bağlı seçimlər əlil insanlar və coğrafi regionlara görə fərqlənə bilər. Əlilliyi olan insanların fərdi arzularına mümkün qədər hörmət edilməlidir.
3 ÜST, “Əlillik və Sağlamlıq Fakt vərəqəsi N°352”, 201: www.who.int/mediacentre/factsheets/fs352/en/index.html
4 BMT, 2008, “İnkişaf gündəliyində əlilliyə yanaşma (E/CN.5/2008/6)”: www.un.org/disabilities/documents/reports/e-cn5-2008-6.doc
5 BMT, 2006, “Əlilliyi olan İnsanlar haqqında Bəzi Faktlar”, Əlilliyi olan İnsanların Hüquqları haqqında Beynə lxalq Konvensiya: wwww.un.org/disabilities/convention/pdfs/factsheet.pdf
6 ÜST, “Əlillik haqqında Dünya Hesabatı”, 2011: www.who.int/disabilities/world_report/2011/report/en
7 Beynəlxalq İnkişaf Departamenti (DFID) 2000, “Əlillik, Kasıblıq və İnkişaf”, DFID, BK
8 Mckee, Barbara, Əlillər və holokost: Əlil təqibi, 2004: www.eastrenfrewshire.gov.uk/holocaust/holocaust_remembrance_2004_-_other_victims/holocaust_remembrance_2004_-_disabled___the_holocaust.htm
9 Reproduktiv Hüquqlar Mərkəzi, Avropa Əlillik Forumu, İnsan Hüquqlarının Qanuni Qorunması üzrə Beynəlxalq Mərkəz (Interights), Beynəlxalq Əlillik Birliyi , Əqli Əlillik Vəkillik Mərkəzi tərəfindən birgə təqdim olunmuş yazılı rəylər, 16 Avqust 2011: http://mdac.info/sites/mdac.info/files/Gauer%20v%20%20France_Submission_ECHR_FINAL.pdf
10 Avropa İnsan Hüquqları Məhkəməsi, “Reproduktiv Hüquqlar, Fakt vərəqəsi”, 2011:
www.echr.coe.int/NR/rdonlyres/4B7D24F7-F9EF-4749-B16B-68E650B95C5A/0/FICHES_droits_procr%C3%A9ation_EN.pdf
11 İqtisadi və Sosial Məlumat və Siyasi Təhlil üzrə BMT Departamenti, 1994
12 Oliver, Michael, Əlilliyi Başa düşmək: Nəzəriyyədən təcrübəyə, 1996, Makmillan: Basingstoke.
13 Parlamentarilər üçün təlimat kitabı, No.14, 2007, Təcriddən Bərabərliyə, əlilliyi olan insanların hüquqlarının reallaşdırılması, BMT və Parlamentlərarası İttifaq :
14 Handbook for Parliamentarians, No.14, 2007, From Exclusion to Equality Realizing the rights of persons with disabilities, UN and Inter-Parliamentary Union: www.un.org/disabilities/default.asp?id=212
15 “Əqli cəhətdən qüsurlu” ifadəsi daha istifadə olunmur və əlilliyin müasir anlayışına uyğun gəlmir.
16 www.ohchr.org/EN/HRBodies/CRPD/Pages/CRPDIndex.aspx
17 www.internationaldisabilityalliance.org
18 Avropa Əlillik Forumunun pres relizi, 5 yanvar, 2011: www.edf-feph.org/Page_Generale.asp?DocID=13855&thebloc=26586
19 Qeyd: “Bacarıq” bəzi ekspertlər və tədqiqatçılar tərəfindən daha çox istifadə olunur, belə ki, burada yalnız əlilliyə deyil, həmçinin bacarığın formalaşmasına diqqət ayrılır.
20 www.simonstevens.com
21 Gənclər üzrə BMT-nin Yüksək Səviyyəli İclası, “Əlilliyi olan Gənclər” Fakt Vərəqəsi: http://social.un.org/youthyear/docs/Fact%20sheet%20youth%20with%20disabilities.pdf
22 Carol Miller and Bill Albert, “İnkişafda əlillik yanaşması: gender yanaşmasından dərslər” www.dfid.gov.uk/r4d/PDF/Outputs/Disability/RedPov_gender.pdfp
23 “Gənc və Əlil: Bərabərliyə Gündəlik Maneələr”, EDF Gənclər Komitəsi nəşri, 2009:: www.edf-feph.org/Page.asp?docid=18486&langue=EN
24 “Maneələrə yox, Sərhədlərə yox”, Gənclərin daxil edilməsi üzrə SALTO Resurs Mərkəzi, 2008:
www.salto-youth.net/downloads/4-17-913/NoBarriersNoBorders.pdf
MƏNBƏ: www.coe.int/az