Əlillərin hüquqlarının təmin edilməsi və sosial müdafiəsi sahəsində dövlət siyasətinin qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair təkliflər
Tədqiqat “Vətəndaş Cəmiyyəti – Media – Dövlət və Özəl sektorun Əməkdaşlığı ilə Azərbaycanda
Hərəkət İmkanları Məhdud İnsanların Hüquqlarının Müdafiəsi və Yaşam Şərtlərinin
Yaxşılaşdırılması” layihəsi çərçivəsində hazırlanmışdır.
Müəllif: Əhməd Əlili, Nurlan Bağırov
Layihə Avropa İttifaqı tərəfindən dəstəklənir. Tədqiqatın məzmununa görə CESD məsuliyyət
daşıyır və heç bir halda Avropa Birliyinin mövqeyi hesab oluna bilməz.
Bakı
İyul 2016
GİRİŞ
İnsan hüquq və əsas azadlıqlarının qorunmasına məqsədilə proqramların hazırlanması və icra
olunmasında bir nömrəli sifarişçi və təminatçı hökumət orqanlarının rolu əvəzedilməzdir.
Demokratik idarəetmə və inkişafın meyarına çevrilmiş bu məqam alternativsizdir.
Bununla yanaşı, dövlət orqanları cəmiyyətin bütün üzvlərinə xas olan ləyaqət və dəyərlərin,
onların bərabər və ayrılmaz hüquqlarının, azadlıqlarının qorunmasında xüsusi missiya
daşıyıcısıdırlar.
Bu zaman həm cəmiyyət, həm də dövlət orqanları istisnasız olaraq insanların hüquqlarının və
azadlıqlarının ümumiliyini, ayrılmazlığını, qarşılıqlı asılılığını və əlaqəsini, heç bir ayrıseçkiliyə yol
verilmədən təmin edilməsinin zəruriliyini dərk edirlər.
Bütün bunları nəzərə alaraq, əlillərin hüquqlarının təmin edilməsində, onların sosial
müdafiəsinin təmin olunması sahəsində dövlət siyasətinin təkmilləşdirilməsinə ehtiyac var. Bu
zaman əlillərin hüquqlarının təmin olunmasındakı humanitar məsələlərlə yanaşı, bunun iqtisadi
dividenti də nəzərə alınmalıdır.
“İş qabiliyyətini itirmiş” əlillər və fiziki qüsurlu insanların hüquqlarının təmin edilməsi,
onlara qarşı bərabərhüquqluluq prinsipininin əməl olunmasına ciddi nəzarət etməklə onların işə
qəbulu prosedurlarını asanlaşdırmaqla bir çox əlilin sosial müdafiəsi ilə bağlı problemləri aradan
qaldırmaq mümkündür.
Fiziki məhdudiyyətli və əliliyi olan insanların hüquqları Azərbaycan Respublikasının
konistitutsiyasında, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilərin hüquqları haqqında”
Konvensiyada, Azərbaycan Respublikasının “Əliliyin və uşaqların sağlamlıq imkanlarının
məhdudluğunun qarşısının alınması, əlilərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və
sosial müdafiəsi haqqında” Qanunda və digər beynəlxalq və yerli qanunvericilik aktlarında təsbit
olunmuş formada qorunmalıdırlar.
Vaxtaşırı olaraq, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işlər daim
aparılçalı və əlillərin hüquqlarının təmin edilməsi sahəsində dövlət orqanlarının effektivliyi
artırılmalıdır, iş mexanizmləri təkmilləşdirilməlidir.
Bu tədqiqat işinin məqsədi də əlillərin hüquqlarının təmin edilməsi və sosial müdafiəsi
sahəsində dövlət agentliklərinin gördükləri işlərin və qanunvericilik bazasının obyektiv
qiymətləndirilməsi və bu istiqamətdə tövsiyyələr paketinin işlənib hazırlanmasıdır.
Bu tədqiqat ilkin olaraq Azərbaycanda əlillərinin hüquqlarının təmin edilməsi və sosial
müdafiəsi sahəsində mövcud olan hüquqi-qanunvericilik bazasını qiymətləndirəcək, tədqiqatın
növbəti mərhələlərində istifadə olunacaq ümumiləşdirmələr aparılacaqdır. Növbəti paraqraflarda isə
Azərbaycanda bu sahədə mövcud durum müzakirə ediləcək, əsas məqamlar müəyyənləşdiriləcəkdir.
Bundan sonra isə mövcud qanunvericilik bazasını nəzərə alaraq, onların təkmilləşdirilməsi
istiqamətində təkliflər toplusu təqdim olunacaqdır.
MÖVCUD HÜQUQİ BAZA
Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində əlilliyə və əmək
qabiliyyətinin itirilməsinə görə sosial təminat hüququ müəyyən edilib. Əlillərin hüquqlarının
müdafiəsi sahəsində ilk qanunverici akt isə 25.08.1992-ci ildə eks-prezident Ə. Əliyevin 284 saylı
fərmanı təsdiqlənmiş,“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi
haqqında Qanun”dur. Bu qanun qəbul edildiyi dövrə görə geniş əhatəllilyi ilə təqdirlayiqdir və
əlillərin hüquqları və sosial müdafiəsi üzrə konkret tələbləri özündə əks etdirir. 1997-ci ildə isə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust tarixli, 99 saylı Qərarı ilə, “Əlilliyin
meyarlarının müəyyən olunması haqqında Əsasnamə”də təsdiq edilib.
Əlliliklə bağlı məsələrə dair digər qanunvericilik aktlarında da müəyyən bəndlər nəzərdə
tutulub. “Əhalinin Sağlamlığı Haqqında” 26.06.1997-ciil tarixli Qanun, “Sağlamlıq imkanları
məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” 05.06.2011-ci il tarixli Qanun, “Əmək
Pensiyaları Haqqında” 07.02.2006-cı il tarixi Qanun, AR. Əmək Məcəlləsi və digər qanunlarda
əlillər üçün bir sıra güzəştlər və geniş əhatəli sosial təminatlar nəzərdə tutulub.
1993-cü ildən 2016-cı ilədək bir sıra yeni qanunlar təsdiq edilib, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin birbaşa sərəncamları ilə bu sahədə çoxşaxəli dəyişikliklər edilib, yeni
əsasnamələr və qaydalar müəyyən olunub. 05.01.2011-ci il tarixli Qərarla Tibbi-Sosial Ekspertiza
Komissiyaları yenidən təşkil edilərək, 22 Zona TSEK ləğv edilməklə, onların bazasında 39 TSEK
yaradılıb, 15 TSEK sədri işdən azad olunub və əlillərə keyfiyyətli və şəffaf xidmət göstərilməsi üçün
müəyyən islahatlar aparılıb. 30.12.2015-ci il tarixli 413 saylı Qərarla “Əlilliyin və sağlamlıq
imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair yeni Əsasnamə” təsdiq edilib.
Bunlardan əlavə Azərbacan dövləti tərəfdaş çıxdığı bir sıra beynəlxalq sazişlərin tələblərinə
uyğun olaraq əlillikllə bağlı yeni öhdəliklər qəbul edib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
(10.12.1948), Uşaq Hüquqları Bəyannaməsi (20.11.1959) və BMT-nin qəbul etdiyi “Əlil İnsanların
Hüquqlarının Qorunması üzrə Beynəlxalq Konvensiya”ya (13.12.2006) qoşulmaqla bağlı
02.10.2008-ci il tarixli 687-IIIQ saylı Qanunun qəbul edilməsi ilə mövcud qanunlarda bəzi
dəyişikliklər və ratifikasiyalar aparılıb. Qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyəti
institutları ilə birgə araşdırmalar aparılıb və xeyli sayda layihələr həyata keçirilib, Hökumətə konkret
tədbirlərin görülməsini tələb edən təkliflər paketləri təqdim edilib. Azərbaycanda fəaliyyət göstərən
bir sıra ictimai təşkilatlar (İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Beynəlmiləlçi Əlil Döyüşçülər”
Fondu, “Əlil Təşkilatları” İttifaqı, “Gözdən Əlilər” Cəmiyyəti, “Çernobıl Əlilləri” İttifaqı, Diabet
Liqası, Hemofilialı Xəstələrin Respublika Assossiyasiyası, “Qarabaq Əlilləri və Veteranları”
Cəmiyyəti, Əlillər Cəmiyyəti, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi,
“Karlar Cəmiyyyəti” İctimai Birliyi, “Bakı Müharibə Əlil və Veteranları” İctimai Birliyi, “Qarabağın
Əlil Uşaqlarına Yardım Fondu” İB, Müstəqil Həyat, İnkişaf və Dəstək Mərkəzi, “Əlil Qadınlar”
Cəmiyəti, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyəti və s.) bu proseslərdə yaxından
iştirak edib və müəyyən işlər görülüb. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi
tərəfindən “Əlilərin Sosial Hüquqlarının Müdafisəinə dair Milli Fəaliyyət Planı (2014-2018-ci
illər)” hazırlanıb və təsdiq olunub.
20.05.1997-ci il tarixdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun
qəbul onunub, 2006-cı ildə isə, şəhid ailələrinə və əlillərə ödəniləcək sığorta məbləği dəyişdirilib
(artırılıb). Qanunda boşluqların və uyğusuzluqların olması səbəblərindən sağlamlığı məhdud
vətəndaşlarımız, xüsusi ilə də, 2006-cı ilədək əlillik statusu alanların, o cümlədən, əlil uşaqların
sosial hüquqlarının ödənilməsində ciddi problemlər qalmaqdadır.
Qanunların səmərəli icrasına nail omaq istiqamətində dövlətin islahat tədbirləri daha da
nəticəli etmək üçün hesab edirik ki, hüquqi bazanın davamlı qaydada təkmilləşdirilməsi və əlillərin
vəziyyətinin yaxşılaşdırılmasına real təminat yaradan qanunların və işlək mexanizmlərin
formalaşdırılmasına kəskin ehtiyac vardır.
Son zamanlar əlilliyin müəyyən edilməsi və rəsmiləşdirilməsi proseslərinin ASAN xidmətin
elektron sisteminə keçirilməsi kimi mütərəqqi adımlar atılmaqdadır və bu tədbirlər korrupsiya və
rüşvətxorluq kimi neqativ halların qarşısının alınmasına yönəlib. Belə ki, bu ilin əvvəlində, TSEKlərdə əlilliklə bağlı müraciətlərin və əlillik statusu barədə arayışların ASAN xidmətin elektron
sistemi vasitəsilə verilməsi barədə qərar qəbul olunaraq, qanunların icrasının şəffaflaşdırılması
istiqamətində yeni addımlar atılıb və cəmiyyət tərəfindən müsbət qarşılanır.
Lakin, nəzərə almaq vacibdir ki, əsas problemlər: əlilərin sosial müdafiəsinin əhəmiyyətli
dərəcədə yaxşılaşdırılması üçün tələb olunan resursların əldə olunması və eyni zamanda, əlilliyi
yaradan amillərin aradan qaldırılması istiqamətində görülməli işlərdir. Bu sahəyə dair hüquqi baza,
xüsusilə də qeyd olunan iki istiqamət üzrə, daha da təkmilləşdirilməlidir.
Azərbaycan Respublikasında əlillik məsələlərinə dair mövcud qanunvericilik bazası əsasən
aşağıdakı sənədlərdə öz əksini tapır:
• Azərbaycan RespublikasınınKonstitusiyası, 12 noyabr, 1995,
http://www.azerbaijan.az/portal/General/Constitution/constitution_01_a.html
• “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” və
“Veteranlar haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu, Bakı şəhəri, 25 avqust 1992-ci il, №
284, https://sosialish.wordpress.com/2011/03/28/%C9%99lilliyin-qarsisinin-alinmasi-
%C9%99lill%C9%99rin-reabilitasiyasi-v%C9%99-sosial-mudafi%C9%99si-haqqindaaz%C9%99rbaycan-respublikasinin-qanunu/
• “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair
Əsasnamə”, Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərarı № 413, Bakı şəhəri, 30
dekabr 2015-ci il, http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1802/
• Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu, № 54-IIIQ, Bakı şəhəri, 7
fevral 2006-cı il http://ses.gov.az/upload-files/news/old/file/emek_pensiyalari_qanun.doc
• Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 19 may 1998-ci
il, № 499-IQ
http://www.migration.gov.az/images/pdf/b0f981770beec0db231b06f409df3e65.pdf
• Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasinin qanunu, Bakı
şəhəri, 26 iyun 1997-ci il,
№ 360-IQ, http://sehiyye.gov.az/ehalinin_saqlamliqi_qorunmasi_haqqinda_qanun.html
• Tibbi sığorta haqqında Azərbaycan Respublikasinin Qanunu, Bakı şəhəri, 28 oktyabr 1999-cu
il, № 725-IQ http://www.maliyye.gov.az/sites/default/files/store/7/3.2.1.5_tibbi_sigorta.pdf
• Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 12 iyun
2001-ci il, № 142-IIQ
http://www.genprosecutor.gov.az/files/uploader/Psixiatriya_yardimi_haqqinda.doc
• Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında AR
Qanunu, Bakı şəhəri, 25 avqust 1992-ci il, № 284 , http://ses.gov.az/uploadfiles/news/old/file/eliller_qanunu.doc
• Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı (2014-2018-ci
illər) http://www.mlspp.gov.az/az/pages/280
• İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Milli Fəaliyyət Proqramı, 28 dekabr 2006-
cı il, http://www.ombudsman.gov.az/upload/file/mfp yeni maqala-son.doc
• Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublđkasinin
Qanunu, Bakı şəhəri, 20 may 1997-ci il, № 296-IQ
http://www.maliyye.gov.az/sites/default/files/store/7/3.2.1.7_herbi_qulluqchular.pdf
• “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində
Azərbaycan Respublikasinin Qanunu, Bakı şəhəri, 2 oktyabr 2008-ci il, No. 686-IIIQ
http://www.justice.gov.az/view_hr.php?id=19
• Əlillərin hüquqları haqqında Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində ARnın qanunu, 02abr 2008-ci il, № 687 – III Q, http://anacan.az/index.php?newsid=242
• Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu № 684, Bakı şəhəri,
11 iyun 1999-cu il, http://www.fhn.gov.az/?aze/orgAndRD/182
• Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, 14 iyul 2000-ci il tarixli, № 907-
IQ http://www.legalforum.az/?cat=legislation&id=81
• Azərbaycan Respublikasinin Ailə Məcəlləsi, 28 dekabr 1999-cu il tarixli, № 781-IQ
http://www.e-qanun.az/code/10
• Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan
Respublikasinin Qanunu, Bakı şəhəri, 5 iyun 2001-ci il, № 136-IIQ, http://www.eqanun.az/framework/4353
• Tək Ahil Vətəndaşlara və Əlillərə Evlərində Sosial Məişət Xidmətinin Göstərilməsinə Dair
Təlimat, 25 aprel 1997-ci il, № 45, http://www.e-qanun.az/framework/1034
• Sosial müavinətlər haqqında AR Qanunu, Bakı şəhəri, 7 fevral 2006-cı il, № 55-IIIQ,
http://www.e-qanun.az/framework/11508
• Azərbaycanda əlil uşaqların təhsili ilə bağlı Dövlət Proqramı, Bakı şəhəri, 28 fevral 2012-ci
il, http://az.trend.az/azerbaijan/society/1997772.html,
http://www.unicef.org/azerbaijan/Final_Edu_CWD_Report_AZE.pdf
• Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər),
http://edu.gov.az/az/page/83/1377
• Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün
kvota tətbiq edilməsi Qaydası, Bakı şəhəri, 22 noyabr 2005-ci il, № 213, http://www.eqanun.az/alpidata/framework/data/11/f_11456.htm
• Məşğulluq haqqında Azərbaycan Respublikasinin Qanunu, Bakı şəhəri, 2 iyul 2001-ci il, №
170-IIQ, http://ses.gov.az/upload-files/news/old/file/meshqulluq qanunu.doc
• “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə, Bakı şəhəri, 19 avqust 1997-ci il,
№ 93, http://www.udpo.az/read.php?lang=1&content=982
• Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 5 oktyabr
2004-cü il, № 768-IIQ, http://www.maliyye.gov.az/sites/default/files/Ya_ay__ minimumu
haqq_nda AR Qanununu.doc
• Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci
illər üçün Dövlət Proqramı, 2011-ci il 15 noyabr tarixli AR Prezidentinin Sərəncamı,
http://www.president.az/articles/3565
• AR-nın Əmək Məcəlləsi, 1 fevral 1999-cu il, № 618-IQ,
http://www.genprosecutor.gov.az/files/uploader/AR-in_emek_mecellesi.doc
• “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin
sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin
Fərmanına əlavələr barəsində AR Prezidentinin Fərmanı, Bakı şəhəri, 8 yanvar 1995-ci il, №
256, http://www.e-qanun.az/framework/9137
AZƏRBAYCANDA MÖVCUD HÜQUQİ DURUM
Hazırda dünyada 1 milyard 180 milyon nəfər əlil var. Azərbaycanda əlillərin sayı 569 min
149 nəfərdiri ki, bu da ümumi əhalinin 6%-ni təşkil edir. Dünya əhalisinə nisbətdə (16%) müqayisə
edildikdə, bu, 2.5 dəfə aşağı göstəricidir. Azərbaycanda hər 1000 nəfər 34 əlillik təqaüdü alan düşür.
Bununla belə, əlilliyə səbəb olan əsas amillərdən biri -1988-ci ildən başlayaraq müharibə şəraitində
yaşadığımızdır. Əlillərin 65%-i əmək pensiyaçısı, 23%-i isə, sosial müavinət alanlardır. 2015-ci il in
rəsmi statistik göstəcilərinə əsasən, bütün əlillərin cəmi 5%-i işləyənlərdir.
Ümumilikdə, Azərbaycanda, hazırda 65 min 482 nəfər əlil uşaq var ki, bu – ümumi əlillərin
12%-ni, 18 yaşadək əhalinin ümumi sayının isə 2.4%-ni təşkil edir. 2013-cü ilin statistik məlumatına
görə əlil uşaqların sayı 57 min olub. Onlardan 1105-i xüsusi təhsil müəssisələrində, 2664-ü xüsusi
internat məktəblərində (onlardan isə 1353 nəfəri məktəbdə gecələyir) və 7750 nəfəri evdə təhsilə
cəlb olunub. Lakin, bu sahədə kadr hazırlığı çox zəifdir, ixtisaslı pedaqolar və psixoloqlar çatışmır.
“Azərbaycan Repsublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar
İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində Təhsil Nazirliyi ilə UNESCO tərəfindən
Azərbaycanda birgə inklusiv təhsil layihələri həyata keçirilməyə başlanılıb. Lakin bu layihə hələ
cəmi 268 uşağı əhatə edir ki, bu çox aşağı göstəricidir.
Hazırda ölkədə 14 Əlillərin Bərpa Mərkəzi və 7 İnternat Məktəbi fəaliyyət göstərir.
Ramanada yerləşən 200 nəfərlik Gənc Əlillərin Əmək və İstirahət evində 123 nəfər yaşayır. Bakı
şəhərində gözdən əlil uşaqlar üçün 38 saylı Müsiqi Məktəbi 1980-ci ildən fəaliyyət göstərir. Burada
200-ə yaxın gözdən əlil şagird təhsil alır. Ümumilikdə, gözdən əlil üşaqlar üçün inernat
məktəblərində 281 nəfər şagird təhsil alır. Eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən,
respublika üzrə mövcud olan, cəmi 3 internat məktəbində isə, ümumilikdə 847 nəfər təhsil alır.
Körpələr evlərinə gəlincə,yalnız psixonevroloji xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulmuş 1
körpələr evi fəaliyyət göstərir.Bu göstəricilər, əlil üşaqların ümumi sayı ilə müqayisədə olduqca
aşağıdır.
Daimi müalicəyə ehtiyacı olan əlillərin dərman və digər tibbi vasitələrlə təmin olunması
vəziyyəti qənaətbəxş deyil. Səhiyyə Nazirliyinin 15.01.2008-ci il tarixli, 3 saylı əmrinə əsasən
əlillərə pulsuz verilməsi nəzərdə tutulan dərmanların siyahısı stasionar müalicə alanlar üçün cəmi
115 adda, ambulator müalicədə isə cəmi 141 adda müəyyən olunub. Tibbi müayinə zamanı isə bu
dərman siyahılarının sayının daha artıq olması meydana çıxır ki, əlillərin bunları əldə etmək üçün
maddi mənbələri dəqiqləşdirilməyib. Bundan başqa, siyahı üzrə dərmanların da tam pulsuz əldə
olunmasında çətinliklər və suni maneələr vardır. Bundan başqa dövlət hesabına xaricə müalicəyə
göndərilən əlillərin sayı əvvəlki illərə nisbətən azalaraq, 2010-cu ildə cəmi 80 nəfərtəşkil edib.
Bundan sonra bu xidmət məhdudlaşdırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.11.2005-ci il tarixli 213 saylı Qərarı
ilə“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota
tətbiq edilməsi Qaydası” müəyyən edilib. Bu sənədə əsasən: işçilərinin sayı 25-dən 50-dək olan
müəssilərdə ən azı 1 əlil işlə təmin edilməli, 50-100 işçisi olan müəssisələrdə işçilərin orta illik
sayının 2%-i və 100-dən çox işçisi olan müəssisələrdə 2.5%-i qədər əlil işçi çalışmalıdır. Bu sahə
üzrə qanunun səmərəli şəkildə icra olunmasına dövlət nəzarəti və müdaxiləsi artırılması
məqsədəuyğundur.
2006-cı ildən etibarən I qrup müharibə əlilinə 8800 manat, II qrupa – 6600 manat, III qrupa –
4400 manat sığorta pulu təyin olunub. 2006-cı ilədək müharibə şəraitində əlilliklə nəticələnmiş
halarla bağlı sığorta pulları isə, hələ də, tam alına bilmir. Bununla bağlı 500-dən möhkəmə qərarı
verilsə də icra edilmir. 2006-cı ildən əvvəlki dövrdə əlil olanların sığorta pulları müvafiq qaydada
indeksləşdirilməyib.
Azərbaycanda əlil müavinətləri əlillərin müasir dövrdəki minumum yaşayış tələblərindən 4-5
dəfə azdır. 29.08.2013-cü il tarixli Fərmana əsasən Çernobl əlillərinə və müharibədə əlillik qazanan I
qrup əlillərə 67 manat, II qrup əlillərə 50 manat, III qrup əlillərə isə 43 manat sosial müavinət verilir.
Yalnız I qrup, müavinət alan əlillərə 60 manat prezident təqaüdü verilir. “20 Yanvar” faciəsi zamanı
əlil olmuş şəxslərə: I qrup- 83 manat, II qrup-66 manat, III qrup-60 manat ödənilir. Reallıqda yaşayış
minimumu sağlam əhali üçün 200 manatdan çox olduğu halda 125 manat, minimum istehlak səbəti
isə 167 manat hesablandığına görə, müvafiq olaraq, əlillərin hazırki müavinətləri onların dərman və
müalicə, ərzaq tələbatını ödəməyə imkanları tamamilə yerinə yetirməyə imkan vermir.
2010-cu ilin məlumatına görə pentensiar müəssisələrdə 301 əlil məhkum saxlanılır. Onlardan
I və II qrup əlillərə ayda cəmi 15 manatlıq əlavə ərzaq əldə etməyə icazə verilir. Əlillərin mövcud
sağlamlıq imkanlarını nəzərə alaraq, bu məbləğin yetərincə olmaması barəsində qəti fikir irəli sürə
bilərik.
Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərə dövlət büdcəsindən, ümümilikdə, 2010-cu ildə
82 milyon 49 min manat xərclənmişdir. Dövlət proqramları ilə bağlı ictimai təşkilatların və əhalinin
kifayət qədər məlumatlandırılmaması səbəbindən ayrılan vəsaitlərin vətəndaş cəmiyyəti
strukturlarının yaxından iştirakı ilə bölüşdürülməsi və xərclənməsi məhdudlaşdırılıb ki, bu da
korrupsiyaya şərait yaradan amillərdən olub. Jurnalist araşdırmalarına görə, böyük məbləğdə
vəsaitlər təyinatı üzrə xərclənmədiyini iddia edir
Dövlət tərəfindən əlillərin hüquqlarının qorunması və sosial təminatının yaxşılaşdırılması
istiqamətində tələb olunan işlərin görülməsinə real imkanlar və maliyyə vəsaiti olmasına
baxmayaraq, yalnız kiçik miqyaslı işlər görülüb, yəni, bu işlərin həcmi və əhatə dairəsi əlillərin real
ehtiyaclarının qarşılığında daha da artırılmalıdır. İndiyədək cəmi 5000 nəfər əlilə mənzil, cəmi 7500
nəfərə əlil arabası, cəmi 3250 nəfərə minik avtomobili verilib. Belə ki, əlillərə 4 ildən bir əlil
arabaları paylanılır. Lakin reallıqda, Çin istehsalı olan və cəmi bir neçə aydan sonra sıradan çıxan
arabalar əlil vətəndaşlarımızın növbəti 3-4 il ərzində fərdi insanlarına mərhəmətinə möhtac
qalmalarına gətirib çıxarır, dövlət qayğısından məhrum edilmələri ilə nəticələnir və hüquqları
pozulur.
Azərbaycan Respublikasının əlillərin hüquqlarının müdafiəsi və sosial təminatının
yüksəldilməsi üzrə Beynəlxalq Konvensiyaya qoşulması prosesinin davamı olaraq, bir sıra səmərəli
layihələr, ekspert qiymətləndirmələri və proqramlar hazırlanıb. Lakin onların icrasının səmərəlilinə
nail olunmasında dövlətin rolu azdır. Hesab edirik ki, əlillər üçün müəyən edilən təkliflərə və
proqramlara dövlət dəstəyi gücləndirilməlidir.