Əlil arabasından necə pul çıxarmaq olar? [araşdırma]

1
0

«Mənim iki arabam var. Birini dövlət verib. Ondan evdə istifadə edirəm. Digərini isə mənim üçün alıblar. O çox bahalıdır, amma daha davamlıdır».

Hərəkət-dayaq sistemində problem olan bakılı Sevda Səfərəliyeva AzadlıqRadiosu-na dövlət qurumu tərəfindən verilən əlil arabalarının tez sıradan çıxdığını deyir. Gileylənir ki, onlar sanki küçədə istifadə etmək üçün nəzərdə tutulmayıb. Sıradan çıxan hissələri isə dəyişmək mümkün deyil.

Buna da bax: Orxan Adıgözəl. Əlil arabamla AZAL-da başıma gələnlər

Əlil arabası ilə «dost» olmuş gənc Orxan Adığozəl da dövlətin ona verdiyi «yol yoldaşından» narazıdır. «Bakının kommunal infrastrukturu dövlətin verdiyi əlil arabalarına uyğun deyil. Buna görə də üçillik dəyişmə müddətinə dözməyib sıradan çıxır. Narahatlığa səbəb olan həm də odur ki, dövlətin verdiyi arabalar sifariş olunandan bir xeyli sonra gəlib bizə çatır».

Orxan Adıgözəl
Orxan Adıgözəl

İstifadəçilər həm də arabaların verilməsi üçün prosedurların hər dəfə təkrarlandığını deyirlər. Üç ilin tamamında eyni sənədləri təqdim etmək tələb olunur. Poliklinikadan tibbi arayış alınmalı, onu Tibbi-Sosial Ekspert Komissiyasına aparmalı, daha sonra isə arabanın verilməsi üçün sənədlər Protez-Ortopedik Bərpa Mərkəzinə verilməlidir. Bakıda bütün əlillər – yaxında və ya uzaqda yaşamasından, səhhətinin vəziyyətindən asılı olmayaraq hamısı – buraya müraciət etməlidir.

Buna da bax: Mübahisə mədəniyyəti yoxdur. Keçirlər bədən əzalarına görə təhqir etməyə

Əlilliyi olan şəxslərin araba ilə təmin olunmasının daim diqqətdə saxlandığından söhbət açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Elman Babayev AzadlıqRadiosu-na son beş ildə onlara 5327 ədəd araba verildiyini deyib. Bunların 1124-ü 2016-cı ilin payına düşür.

ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində AzadlıqRadiosu-na ötən ilin sentyabrında keçirilən tenderdə 100 ədəd veloaraba, 414 ədəd kreslo-araba və 90 ədəd uşaq əlil arabasının (toplam 604 ədəd) alındığını bildiriblər. Veloarabalar Ukraynadan, qalanları isə Almaniyadan gətirilir. Nazirlikdən belə deyirlər.

Buna da bax: Plastik qablar əlil arabasına necə çevrilir?

Səlim Müslümov
Səlim Müslümov

Qazanan kimdir?

Ötən il arabaların alınmasına dövlət büdcəsindən 1 milyon 197 min 936 manat xərclənib. 2015-ci ildə alınan əlil arabalarının sayını və ona görə ödənilən büdcə vəsaitini nə ƏƏSMN, nə də dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyi açıqlayıb. Bu səbəbdən qeyd olunan məbləğ indiyədək bu məqsədlə dövlət büdcəsindən ayrılan ən yüksək vəsait sayılır.

Buna da bax: O, bu sözü gülə-gülə deyir

Son 6 ildə dövlət hesabına əlil arabalarının satın alınması üzrə bağlanan müqavilələr:

İllərTender üzrə qalib-təchizatçıAdı, VÖEN, ünvanArabaların sayıMüqavilənin qiyməti, AZN
2011«Rəvan» kiçik müəssisəsi, 2900381761, Sumqayıt ş., Corat qəsəbəsi, ev 172açıqlanmayıb210000
2012«Baktel» MMC, 2900343391, Sumqayıt ş., 8-ci mikrorayon, ev 17/29, mənzil 72açıqlanmayıb243670
2013«Dizayn Construction» MMC, 1901420231, Bakı şə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 22açıqlanmayıb264615
16.04.2014«Duet» firması, 1700316401, Bakı ş., Fətəli xan Xoyski, ev 111, mənzil 2açıqlanmayıb297891
10.12.2014«İnstal-Servis» MMC, 1801631701, Bakı ş., Sabunçu qəsəbəsi, Maştağa qəsəbəsi, 546 nömrəli bağ evi1323996769,60
2015açıqlanmayıbaçıqlanmayıbaçıqlanmayıb
2016«İnpeks.N» MMC, 1601862631, Bakı ş., Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 13, mənzil 346041197936

Mənbə: ƏƏSMN, Satınalmalar üzrə Dövlət Agentliyi (ləğv edilib), İqtisadiyyat nazirliyi

Hesabatlardan görünür ki, 2014-cü ilin dekabrında əlil arabalarının alınıb gətirilməsi üçün dövlət büdcəsindən əvvəlki illərlə müqayisədə təxminən 4 dəfə artıq məbləğdə vəsait ayrılıb. O zaman alınmış əlil arabasının bir ədədinin orta qiyməti 753 manat 41 qəpik olmuşdusa, 2016-cı ildə bu rəqəm 1983 manat 33 qəpiyə çatmış, qiymət orta hesabla 2,6 dəfə baha başa gəlmişdi. Bir məsələ də var ki, bu dövrdə manat ABŞ dollarına nəzərən 2,2 dəfə dəyər itirib.

Satınalmalara ayrılan vəsaitin kəskin artımı yeganə sual doğuran məsələ deyil. Faktların araşdırılmasının ardınca getdikcə daha şübhəli məqamlar ortaya çıxıb. Dövlət Gömrük Komitəsinin (DGK) Azərbaycana 2016-cı ildə əlil arabalarının idxalına dair açıqladığı statistika ƏƏSMN-nin əlil arabalarının satın alınmasına dair təqdim etdiyi məlumatın arasında ciddi ziddiyyətləri də ortaya qoyur.

Buna da bax: Arabadakı əlil bir gün bordürları qırdı

Çin malı deyib keçmə, qiymətinə bax

Komitə ötən il ölkəyə 1510 ədəd hərəkət üçün mexanizmlə təmin olunmamış və 507 ədəd isə digər əlil arabalarının (toplam 2017 ədəd) idxal olunduğunu bildirir. Gömrük bəyannamələrinə əsasən, onlar Azərbaycan sərhədində toplam 355 min 470 dollara rəsmiləşdirilir. Başqa sözlə, istehsalçılara təxminən bu məbləğdə pul ödənilib. Amma, yuxarıda qeyd olunduğu kimi, təkcə 604 ədəd əlil arabasının alınması üçün «İnpeks.N» MMC-yə 1 milyon 197 min 936 manat və ya 2016-cı ilin dördüncü rübündə Mərkəzi Bankın təqdim etdiyi məzənnəyə görə, 748 min – 640 min dollar ödənilib. Həmin dövrdə manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,60 – 1,76 AZN/USD arasında, avroya qarşı isə 1,75 – 1,87 AZN/EURO arasında dəyişib. Başqa sözlə, əlil arabalarının nazirliyə satılmasına görə «İnpeks.N» MMC bir neçə yüz min dollar təmiz qazanc götürdüyünü söyləmək olar.

Buna da bax: Azərbaycanda əlillərin ən ağrılı yeri

2012-2016-cı illərdə Azərbaycana gətirilmiş əlil arabalarına dair statistik məlumatlar:

Müxtəlif mənbələr hesabına alınan əlil arabaları, illər və növlər üzrəSayı, ədədToplam dəyəri, min ABŞ dolları
2016. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları1510303,05
2016. Digər əlil arabaları50752,42
2015. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları2428649,28
2015. Digər əlil arabaları2058115,16
2014. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları661143,7
2014. Digər əlil arabaları53557,1
2013. Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış1536228,6
2012. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları2478203,1
2012. Digər əlil arabaları117,0

Mənbə: AR DGK

Buna da bax: Əlil: ‘1 ay keçdi, vədlər yerinə yetirilmədi’

Bəs rəsmi mənbələr əlil arabalarının haradan gətirildiyi barədə nə deyir? DGK 2016-cı ildə əlil arabalarının 80 faizinin (1618 ədəd) Çindən gətirildiyini bildirir. Bir ədəd Çin istehsalı olan əlil arabasının qiyməti təxminən 189 dollar 15 sentdir. Qalan əlil arabalarının 393-ü Türkiyə (orta qiymət – 116 dollar 82 sent), qalan beşi isə İtaliya və Sinqapur istehsalıdır. «İnpeks.N» MMC isə əlil arabasının bir ədədini ƏƏSMN-ə orta hesabla 1983 manat 33 qəpiyə, və ya təxminən 1133 dollara satıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təqdim etdiyi uyğunluq sertifikatlarını almış məhsul və şirkətlərin arasında «İnpeks.N» MMC-nin adı yoxdur. Uyğunluq sertifikatlarının dövlət reyestrinə görə, belə bir sertifikatı təkcə «Arash Medical Company» alıb.

Buna da bax: Əlillər üçün ‘cənnət’

«İnpeks.N» MMC, elə öncəki illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişlərini yerinə yetirdiyi bildirilən «Dizayn Construction» MMC və «İnstal Servis» MMC də Azərbaycanda dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdəndir. 2013-cü ilin iyun ayında yaradılan bu şirkət təkcə 2016-cı ildə müxtəlif nazirliklərin (DİN,ƏƏSMN, müdafiə, səhiyyə, ekologiya və təbii sərvətlər, mədəniyyət və turizm, rabitə və yüksək texnologiyalar), yerli icra hakimiyyətlərinin (Bakı şəhəri Qaradağ rayonu, Tərtər rayonu), Baş Prokurorluğun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, «Televiziya və Radio Verilişləri» QSC-nin, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin, AMEA, MSK, ƏMDK-nın, irili xırdalı, 80-dən tenderin qalibi olub. Söhbət milyonlarla manat dövlət vəsaitinin istifadəsindən gedir. Di gəl, «İnpeks.N» şirkətin heç internet saytı belə yoxdur. «Dizayn Construction» MMC isə əlil arabalarını satmaqdan başqa boruların təmirindən tutmuş tikinti abadlıq işlərinə qədər müxtəlif sifarişləri yerinə yetirir.

Buna da bax: ‘Anam inanır ki, mən sağalacam və ayağa duracam’

Qiymətlər Azərbaycanda necə şişir?

Əlil arabalarının Azərbaycana gətirilməsi haqda istehsalçı ölkələrin statistik məlumatları isə daha düşündürücüdür. BMT-nin beynəlxalq ticarətə dair rəsmi hesabatlara söykənən məlumatlarından görünür ki, Almaniya heç də iddia olunduğu kimi bu çeşid malların Azərbaycana əsas ixracatçısı deyil. Təkcə bu faktı demək kifayətdir ki, ötən il Almaniyadan Azərbaycana ümumi dəyəri 886 dollar olan əlil arabaları göndərilib. Bu, təxminən 3-4 əlil arabası deməkdir.

2013-2016-cı illərdə Almaniyadan Azərbaycana əlil arabalarının ixracı
(dəyəri və ədədlə)

PeriodTrade FlowReporterPartnerCommodity CodeTrade Value (US$)Netweight (kg)Qty UnitQtyFlag
2013ExportGermanyAzerbaijan871310$1,689152Number of items42
2014ExportGermanyAzerbaijan871310$196,1948,377Number of items7182
2015ExportGermanyAzerbaijan871310$250,5099,399Number of items6982
2016ExportGermanyAzerbaijan871310$88622No Quantity00
2013ExportGermanyAzerbaijan871390$7,787150Number of items52

Mənbə: Comtrade

2014-cü ildə Almaniya istehsalı olan əlil arabasının 1 ədədi Azərbaycana orta hesabla 273,25 dollara (o vaxtkı məzənnə ilə 213 manat), 2015-ci ildə isə 358,90 dollara (377 manat) satılıb. Öncəki illərdə yerli media dövlət vəsaiti hesabına əlil arabalarının alınması sahəsində şübhəli məqamların olmasından yazırdı.

Comtrade ən çox sayda əlil arabalarını Azərbaycana satan ölkənin Çin olduğunu bildirir. Bu ölkədən 2012-2015-ci illərdə (ötən il üzrə məlumat hələ təqdim olunmayıb) Azərbaycana 2826 ədəd – Almaniyadan 2 dəfə çox araba göndərilib.

Azərbaycana əlil arabaları satan ölkələr arasında Böyük Britaniya, Avstraliya, Avstriya, ABŞ, Rusiya və başqaları da var.

PeriodTrade FlowReporterPartnerCommodity CodeTrade Value (US$)Netweight (kg)Qty UnitQtyFlag
2016ExportGermanyAzerbaijan871310$88622No Quantity00
2016ExportTurkeyAzerbaijan871310$1,612177Number of items210
2016ExportUnited KingdomAzerbaijan871310$2,12712Number of items10
2016ExportAustraliaAzerbaijan871390$10,852173Number of items80
2016ExportTurkeyAzerbaijan871390$28,9445,000Number of items2750
2015ExportChinaAzerbaijan871310$47,1932,297Number of items6944
2015ExportGermanyAzerbaijan871310$250,5099,399Number of items6982
2015ExportTurkeyAzerbaijan871310$14,3391,163Number of items790
2015ExportUnited KingdomAzerbaijan871310$124,8469,000Number of items2680
2015ExportChinaAzerbaijan871390$12,440375Number of items184
2015ExportRussian FederationAzerbaijan871390$1,73986Number of items50
2015ExportTurkeyAzerbaijan871390$4,6501,068Number of items680
2014ExportChinaAzerbaijan871310$18,482903Number of items3014
2014ExportGermanyAzerbaijan871310$196,1948,377Number of items7182
2014ExportTurkeyAzerbaijan871310$1,180200Number of items110
2014ExportUSAAzerbaijan871310$5,500269Number of items206
2014ExportBulgariaAzerbaijan871390$611100Number of items10
2014ExportChinaAzerbaijan871390$9,675283Number of items154
2014ExportTurkeyAzerbaijan871390$9,2461,204Number of items1280
2013ExportChinaAzerbaijan871310$74,6313,160Number of items9364
2013ExportGermanyAzerbaijan871310$1,689152Number of items42
2013ExportTurkeyAzerbaijan871310$27670Number of items30
2013ExportUnited KingdomAzerbaijan871310$3,14730Number of items100
2013ExportChinaAzerbaijan871390$2,09863Number of items34
2013ExportGermanyAzerbaijan871390$7,787150Number of items52
2013ExportTurkeyAzerbaijan871390$1,69075Number of items50
2012ExportAustriaAzerbaijan871310$2,12978No Quantity04
2012ExportChinaAzerbaijan871310$65,6070Number of items8590
2012ExportPolandAzerbaijan871310$33035Number of items20
2012ExportUnited Arab EmiratesAzerbaijan871310$131100Number of items02
2012ExportTurkeyAzerbaijan871310$52,6105,195Number of items5190
2012ExportUnited Arab EmiratesAzerbaijan871390$3,268122Number of items22
2012ExportTurkeyAzerbaijan871390$13,6861,760Number of items90

Mənbə: Comtrade

…Orxan Adıgözəl təkcə sərbəst hərəkət etməkdə çətinlik çəkmir. Onun əlində də problemi var. Deyir ki, bir müddət bundan qabaq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bir qrup əlilin görüşündə elektrikli əlil arabasına ehtiyacını olduğu deyib.

Birinci qrup Qarabağ müharibəsi əlili Elşad İbrahimov da motorlu əlil arabası istədiyini dilə gətirib. Lakin hökumət əlilləri velo- və kresloaraba ilə təmin edir. Nazirsə fiziki əngəli olan vətəndaşlara elektrikli əlil arabalarının dövlət hesabına alınması üçün normativ sənədlərdə dəyişiklik etməyin zəruri olduğunu deyib. Odur ki, Orxan və Elşad hələ gözləməli olacaqlar…

Mənbə www.azadliq.org May 12, 2017 Hafiz Babalı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir