1900 manata alınan əlil arabası gömrükdə 190 manata rəsmiləşdirilir?
Xeberciniz.biz milletinsesi.info və turan.az a istifadən xəbər verir ki, Əlil arabasının bir ədədi dövlət tərəfindən 1900 manata alınır, amma kömrükdə 190 manatdan deklarasiya olunur.
Çin istehsalı olan əlil arabaları gömrükdə bir ədədi orta hesabla 104,8 dollara bəyan edilir
Dekabrın 21-də “Kəmər-Qaya” MMC (VÖEN 6100261791) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin min ədəd əlil arabasının alınmasına dair keçirdiyi tenderin qalibi elan edilib.
“Turan” İnformasiya Agentliyi bu barədə məlumat yayıb. Bildirilir ki, müsabiqə qalibinin tender təklifinin dəyəri Çindən gətiriləcək əlil arabası Azərbaycan gömrüyündə bəyan edilən idxal qiymətindən 10 dəfə çoxdur:
“Bu şirkətin tender təklifinin dəyəri 1,9 mln. manatdan çox, yaxud bir vahidə görə 1900 manat (1 117 dollar) təşkil edib. İstehsalçı ölkə barədə məlumat vermir”.
Eyni zamanda, cari ilin 10 ayında Azərbaycanın xaricdən mühərriklə təchiz olunmuş 1 221 ədəd əlil arabası aldığını qeyd olunub.
Agentlik yazır ki, hərəkət edə bilməyən insanlar üçün bu nəqliyyat vasitələrinin əsas hissəsi – 986 ədədi Çindən tədarük edilib. Çin istehsalı olan əlil arabaları gömrükdə bir ədədi orta hesabla 104,8 dollara bəyan edilir. Bu müddətdə Türkiyədən orta qiyməti 601,3 dollar dollar olan 173 araba alınıb. Mühərriklə təchiz olunmuş arabaların idxalı gömrük rüsumuna cəlb edilmir, ƏDV ödənilir (18%).
Xəbərdə bildirilir ki, ilin 10 ayında xaricdən orta qiyməti 343,8 dollar olan 1 657 ədəd mexaniki əlil arabası alınıb.
Qarşı tərəf kimi adları çəkilən şəxs və dövlət orqanlarının da münasibətin ictimailəşdirməyə hazırıq.
Mənbə “Turan” İnformasiya Agentliyi
Bakı/22.12.20/Turan: Dövlət tərəfindən mühərriklə təchiz olunmuş 1000 ədəd əlil arabasının alınması üçün tender başa çatıb.
Müsabiqə qalibinin tender təklifinin dəyəri Çindən gətirilən bu məhsulun Azərbaycan gömrüyündə bəyan edilən idxal qiymətindən 10 dəfə çoxdur.
Dövlət satınalmalarının vahid elektron portalının məlumatına əsasən, dekabrın 21-də “Kəmər-Qaya” MMC (VÖEN 6100261791) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin min ədəd əlil arabasının alınmasına dair keçirdiyi tenderin qalibi elan edilib.
Bu şirkətin tender təklifinin dəyəri 1,9 mln. manatdan çox yaxud bir vahidə görə 1900 manat (1 117 dollar) təşkil edib. İstehsalçı ölkə barədə məlumat vermir.
Bu ilin 10 ayı ərzində Azərbaycan xaricdən mühərriklə təchiz olunmuş 1 221 ədə əlil arabası alıb.
Hərəkət edə bilməyən insanlar üçün bu nəqliyyat vasitələrinin əsas hissəsi – 986 ədədi Çindən tədarük edilib.
Çin istehsalı olan əlil arabaları gömrükdə bir ədədi orta hesabla 104,8 dollara bəyan edilir.
Bu müddət ərzində Türkiyədən orta qiyməti 601,3 dollar dollar olan 173 araba alınıb. Mühərriklə təchiz olunmuş arabaların idxalı gömrük rüsumuna cəlb edilmir, ƏDV ödənilir (18%).
Qeyd edək ki, bu ilin 10 ayı ərzində xaricdən orta qiyməti 343,8 dollar olan 1 657 ədəd mexaniki əlil arabası alınıb.
“Bəzi saytlarda bir ədədi 1900 manata alınan əlil arabasının guya gömrükdən keçərkən 190 manatdan deklarasiya olunduğu barədə yayılan məlumat cəfəngiyyat və dezinformasiyadan başqa bir şey deyil”.
Musavat.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.
O, qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlillərinə xüsusi qayğının ifadəsi olaraq bu kateqoriyadan olan şəxslər üçün ilk dəfə olaraq xarici ölkələrdən yüksək texnologiyalı mühərrikli təkərli oturacaqların (motorlu arabaların) alınmasını nəzərdə tutur: “Bu məqsədlə tender keçirilib və bir neçə gün öncə qalib firma müəyyən edilib. Firma tərəfindən motorlu arabalar hələ bundan sonra ölkəyə idxal ediləcək.
Fazil Talıbov
Ona görə də hələ idxal olunmayan, gömrükdən keçməyən və deklarasiya qiyməti də bəyan olunmayan malın guya 190 manata gömrük rəsmiləşdirməsini iddia etmək absurd, savadsız yanaşmadır.
Yayılan məlumatda deklarasiya qiyməti 190 manat qeyd olunan mallar isə əvvəlki dövrlərdə alınmış sadə tipli arabalara aiddir.
“Turan” agentliyinin jurnalistinin kortəbii və primitiv hesablamasının haradan qaynaqlandığına gəldikdə isə qeyd edim:
1. 190 rəqəmi rəsmi açıqlanan 10 aylıq statistik hesabatdakı sadə əlil arabalarının orta deklarasiya qiyməti kimi hesablanıb. Halbuki qeyd etdiyim kimi, bu, alınacaq motorlu arabaların qiyməti deyil.
2. Digər tərəfdən, 12-ci ayda, yəni indi alınacaq malların məlumatlarını 10 aylıq hesabata istinadən hesablayıb yaymaq məntiqsizlikdir.
3. Qiyməti 1900 manata (ƏDV də daxil) olan motorlu arabalar yalnız ölkəyə idxal olunduğu zaman onların gömrük deklarasiya qiyməti haqqında danışmaq olar.
Sonda…
Vətən müharibəsi qaziləri üçün ilk dəfə olaraq yüksək texnologiyalı mühərrikli təkərli oturacaqların alınması kimi mühüm dövlət sifarişinə yalan və böhtanla kölgə salmaq cəhdlərini qınayırıq”.