Ermənistan türk mallarının satışına qadağanı uzadır…
Ermənistan hökuməti ölkədə türk mallarının satışına qoyulun qadağanı davam etdirmək niyyətindədir.
Bu barədə cümə axşamı iqtisadiyyat naziri Vahan Kerobyan danışıb.
“Bəzi dolayı yollarla idxal olunub və satıldığına görə türk mallarının ölkəyə gətirilməsinə və satışına qoyulan qadağanı uzatmaq niyyətindəyik,”- o deyib, amma məhdudiyyətlərin dəqiq müddətini göstərməyib.
Ermənistanda türk mallarının idxalına altı aylıq qadağa 2020-ci il dekabr ayının sonunda başlayıb.
Daha əvvəl Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyab bəyan etmişdi ki, Ermənistan hökuməti Türkiyədə istehsal olunan mallarının idxalına qadağa qərarın müddətini, onların yerli yaxud Avrasiya İqtisadi Birlik ölkələri və ya Çində istehsal olunan mallarla əvəz edilməyincə qüvvədə qoymaq niyyətindədir.
“Mən düşünürəm ki, biz bu qadağanı daha altı ay müddətinə uzadarıq, əlbəttə, əgər diplomatik yaxud geosiyasi vəziyyət dəyişməsə. Artıq bizim müəssisələr idxalat əvəzetmə prosesinə başlayıb. Lakin rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün vaxt lazımdır”, – nazir Kerobyan deyib.
Nazir dəqiqləşdirib ki, qadağa yerli müəssisələrin istifadə etdiyi xammala aid deyil, yalnız hazır mallara aiddir. İdxalı qadağan olunan mallar siyahısına Türkiyədə istehsal olunan liftlər unudulmuşdu, lakin sonradan siyahıya daxil rdilib.
Qadağadan əvvəlki illər Ermənistam Türkiyədən 250-270 milyon dollar məbləğində mal idxal edirdi.
Ermənistan hökuməti qadağanı uzatmaq qərarını Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə “müdaxiləsi” ilə əsaslandırıb. Türkiyə müharibə zamanı Azərbaycana yalnız siyasi dəstək verdiyini deyib.
Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ Müharibəsi 2020-ci il 27 sentyabrda başlayıb və 44 gün davam edib.
Müharibəyə 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub. bbc.com/azer