“Daşnaksutyun” İrəvanda aksiya keçirəcək…

0
0

“Daşnaksutyun” Erməni İnqilabi Federasiyası Partiyası cümə axşamı, aprelin 29-da, saat 17:00-da Ermənistan Baş Prokurorluq binası qarşısında etiraz aksiyasını keçirməyi planlaşdırır.

Bu barədə partiyanın rəsmi Facebook hesabında bildirilir.

“Daşnaksutyun” vətəndaşları aksiyaya qatılmağa çağırır. Baş Prokurorluq binası önündə keçiriləcək mitinq “baş nazir kreslosunu tutan şəxsin qeyri-qanuni əmri ilə polis tərəfindən saxlanılan Sünik vilayəti sakinlərinin müdafiəsinə” yönəlib.

Ötən həftə Baş nazir Nikol Paşinyanın bu bölgəyə səfəri zamanı bir sıra yaşayış məntəqələrində onun gəlişinə qarşı etiraz aksiyaları keçirilmişdir.

Aksiya iştirakçıları Baş naziri “Satqın”, “Məğlubiyyətçi” çağırışları, söyüş və fitlərlə qarşılayıb. bbc.com/azer

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir