SON DƏQİQƏ: Ordumuz bu istiqamətdə yarım kilometr İRƏLİLƏDİ – 3 MÜHÜM HƏDƏF

0
0

Azərbaycan Ordusu Ağdərə istiqamətində yenidən irəliləyib.

Xeberciniz.biz
 “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə bölgənin “rəhbəri” Hayk Baxşiyan deyib.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri iki gün əvvəl irəlilədikləri mövqeləri tutdular və Nor Qazançı (Sırxavənd) kəndi istiqamətində yenidən irəlilədilər.

Hazırda ordumuzun kənddən 500 metr məsafədə yerləşdiyi bildirilir. Əvvəl bu mövqe 1,5 kilometr məsafədə idi.

Ordumuzun Ağdərə istiqamətində irəliləməsinin üç səbəbi ola bilər.

Birincisi: mümkündür ki, Sırxavənd kəndi istiqamətindəki postlarda sülhməramlılar olmayıb və Azərbaycan Ordusu mövqelərini irəli çəkib.

İkincisi: son proseslər fonunda bu addım erməni qoşunlarının çıxarılması bəndini hələ də yerinə yetirməyən Rusiyaya xəbərdarlıq ola bilər. Azərbaycan razılaşma yerinə yetirilməsə, irəliləyəcəyinin mesajını verir.

Üçüncüsü: Razılaşma bəndlərinin (xüsusilə 4-cü bənd) tam yerinə yetirilməsi prosesini tezləşdirmək və istəklərimizi qəbul etdirmək məqsədilə kiçikçaplı anti-terror əməliyyatı istisna deyil. Yeni mövqelər məhz əməliyyat şəraitinin optimallaşdırılması üçün lazımlıdır.(Publika.az)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir