Yayılmış əxlaqsız görüntüləri ilə bağlı sabiq deputat Hüseynbala Mirələmovdan AÇIQLAMA – VİDEO

0
0

Xəbərciniz.biz xər verir ki, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə əxlaqsız videosu yayılıb.

Baku TV əməkdaşları görüntülərlə bağlı açıqlama almaq üçün sabiq deputat ilə əlaqə saxlayıb. Hüseynbala Mirələmov bildirib ki, yayılan görüntülərdən xəbəri yoxdur.

Xeberciniz.biz modern.az-a istinadən bildirir ki, Hüseynbala Mirələmov: “Həyat yoldaşımın başı elə qarışıb ki, məni də yaddan çıxarıb” – MÜSAHİBƏ

– Həyat yoldaşınız hardasa çalışırmı?

– Həyat yoldaşım heç vaxt çalışmayıb. Evdar qadındır. 4 uşağı böyütmək, onlara sevgi vermək asan deyil. 10 nəvəmiz var. Həyat yoldaşımın başı nəvələrə elə qarışıb ki, məni də yaddan çıxarıb. Ancaq nəvələrlə məşğuldur.

YAP “videosu yayılan” sabiq deputat Hüseynbala Mirələmovu partiyadan çıxardı

Sabiq deputat Hüseynbala Mirəlimovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik davranışı əks olunan “videosuna görəYAP-dakı bütün vəzifələrindən azad edilib. Prezident Biden 1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa hazırlaşır – ABŞ mətbuatı, Azərbaycanda koronavirus müalicəsi ilə bağlı “rüşvətə görə” həkimlər həbs olunub, Azərbaycan Dövlət Sərhəd Xidməti bildirir ki, Ermənistan hərbçiləri azərbaycanlı sərhədçilərə “atəş açıb”, – daha ətraflı BBC News Azərbaycancanın icmalında.

YAP Hüseynbala Mirələmovla vidalaşdı

Sabiq deputat Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.

YAP-dan BBC News Azərbaycancaya verilən məlumata görə, bu barədə qərar bu gün YAP İdarə Heyətinin iclasında qəbul edilib.

Sosial mediada yayılan, işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik rəftarın əks olunduğu görüntülərin aid olduğu deyilən sabiq deputat Hüseynbala Mirəlimov çalışdığı universitetdən də çıxarılmışdı.

Hüseynbala Mirələmov, eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb. O, həm də YAP Xətai rayon təşkilatının sədri idi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) BBC News Azərbaycancaya bildirilib ki, onun təhsil müəssisəsindəki işinə son qoyulub.

Yayılmış bir neçə saniyəlik video görüntülərdə Hüseynbala Mirələmov olduğu deyilən kişinin onlayn görüşdə olduğu zaman əlini otağa girən qadının arxasına toxundurduğu əks olunub.

Sosial mediada onun bu hərəkəti cinsi qısnama kimi qiymətləndirilib.

BBC News Azərbaycanca Hüseynbala Mirələmovla əlaqə saxlaya bilməyib.

Hüseynbala Mirələmov hakim Yeni Azərbaycan Partiyasını parlamentdə uzun illər təmsil edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Bəhruz Nəzərov BBC News Azərbaycancaya bildirib ki, Hüseynbala Mirələmov cümə axşamı günü səhər universitetə gələrək işdən çıxması üçün ərizəsini təqdim edib:

“Hüseynbala Mirələmov həm kafedra müdiri idi, həm də yarım-ştat müəllim işləyirdi. Hər iki vəzifəsindən çıxarılmasını istədi, istəyi də dərhal yerinə yetirildi”.

Bu ərizənin onun çərşənbə günü yayılan video-görüntüləri ilə əlaqəsi varmı sualının cavabında Bəhruz Nəzərov bildirdi ki, bunu Hüseynbala Mirələmovun “özündən soruşmaq lazımdır”.

O, onlayn iclas zamanı Hüseynbala Mirələmovun universitetdəki kabinetində olmadığını deyir: “Bilirsiniz ki, Hüseynbala Mirələmovun müxtəlif vəzifələri var. Sabiq deputatdır. Mən dəfələrlə onun kabinetində olmuşam, nə kabinet burdakıdır, nə də həmin qadın universitetin işçisidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir