Tibbi göstərişi olan əlilliyi olan şəxslər akülü araba üçün müraciət edə bilərlər!

0
0

Elektrikli əlil arabalarının verilişinə başlanıb. Əlləri zəif olan şəxslər yaşadıqları ərazi üzrə TSEK-lərə müraciət edərək bunun üçün tibbi göstəriş ala bilərlər.

DİQQƏT!
Mühərrikli təkərli oturacaqla təmin olunmaq istəyən əlilliyi olan şəxslər bu linkə daxil olaraq tibbi göstərişlərlə tanış ola bilərlər.

“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarında dəyişiklik edilməsi və “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarının ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilsin.

3. “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 443; 2008, № 2, maddə 130; 2011, № 1, maddə 54; 2016, № 2 (II kitab), maddə 377, № 11, maddə 1976) ləğv edilsin.

4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazır-lanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 dekabr 2020-ci il

№ 501

“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na

əlavə

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma,  təmir və ya dəyişdirilmə müddətləri

Sıra№-siReabilitasiyavasitəsinin adı və növüReabilitasiya vasitələrnin verilməsinə dairtibbi göstərişlərƏks göstərişlərSayıvə ölçü vahidiİstifadə müddətiTəminat müddətiHazırlanma müddətiTəmir və ya dəyişdirilmə müddəti
123456789
1.Yuxarı və aşağı ətraf proteziyuxarı və aşağı ətrafın müxtəlif səviyyədə itirilməsi və inkişaf çatışmazlığı nəticəsində yaran-mış kosmetik və funksional çatışmazlığın bərpası məqsə-dilə təyin edilirstasionar şəraitdə müalicə tələb edən tez-tez kəskinləş-məyə və dekompen-sasiyaya, residivə meyilli ruhi xəstəliklər; fəal fazada bədxassəli şişlər; müxtəlif mənşəli kaxeksiyalar; geniş trofik və yataq yaraları; irinli-nekrotik xəstəliklər; yoluxucu və zöhrəvi xəstəliklərprotez yerindən və növündən asılı olaraq dəyişir  2 ildən az olmayaraq2 ay20 iş günüdəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü
2.Yuxarı ətraf işçi protezi yuxarı ətrafın müxtəlif səviy-yədə itirilməsi halında hər hansı bir məişət fəaliyyətini yerinə yetirməyə kömək göstərilməsi üçün təyin edilir Məişət fəaliyyəti üçün tələb olunan alət (çəkic, kəlbətin və s.) formasında hazırlanırstasionar şəraitdə müalicə tələb edən tez-tez kəskinləş-məyə və dekompen-sasiyaya, residivə meyilli ruhi xəstəliklər; fəal fazada bədxassəli şişlər; müxtəlif mənşəli kaxeksiyalar; geniş trofik və yataq yaraları; irinli-nekrotik xəstəliklər; yoluxucu və zöhrəvi xəstəliklər1 ədəd18 yaşdan yuxarı şəxslər üçün 1 il,18 yaşa qədər şəxslər üçün – 18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyiəsasında dəyişir2 ay20 iş günüdəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü
3.Yüksək texnologiyalı protez          iki və daha çox ətrafını müxtəlif səviyyədə itirmiş və ya inkişaf çatışmazlığı nəticəsində yaran-mış kosmetik və funksional çatışmazlığı olan, əlilliyi olan şəxslərə; bir və daha çox ətrafını müxtəlif səviyyədə itirmiş və ya inkişaf çatışmaz-lığı nəticəsində yaranmış kosmetik və funksional çatış-mazlığı olan xüsusi səbəbdən, habelə terror hadisəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təyin edilir                  stasionar şəraitdə müalicə tələb edən tez-tez kəskinləş-məyə və dekompen-sasiyaya, residivə meyilli ruhi xəstəliklər; fəal fazada bədxassəli şişlər; müxtəlif mənşəli kaxeksi-yalar; geniş trofik və yataq yaraları; irinli- nekrotik xəstəliklər; yoluxucu və zöhrəvi xəstəliklər      protez yerindən və növündən asılı olaraqdəyişir               3 ildən az olmayaraq            6 ay             20 iş günü             dəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü           
4.Bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.)aşağı ətraf (bud) protezlərin-dən istifadə üçün təyin edilir10 ədəd1 il10 gün  
5.Baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.)aşağı ətraf (baldır) protezlərin-dən istifadə üçün təyin edilir15 ədəd1 il10 gün  
6.Kompression və ya venoz corabaşağı ətraf venalarının varikoz genişlənməsi, flebit və trombo-flebit, angiodisplaziya, limfostaz zamanı müalicə və profilaktika məqsədilə təyin edilirtrofik pozuntular2 ədəd1 il10 gün dəyişdirilmə müddəti7 iş günü
7.Silikoniçlikaşağı ətraf protezlərindən  istifadə üçün təyin edilirməhsulun hazırlan-dığı materiallara qarşı allergik reaksiya2 ədəd1 il30 gün dəyişdirilmə müddəti7 iş günü
8.Dermocorabaşağı ətraf protezlərindən istifadə olunduqda, güdülə geyindirmək üçün təyin edilirməhsulun hazırlan-dığı materiallara qarşı allergik reaksiya2 ədəd1 il30 gün dəyişdirilmə müddəti7 iş günü
9.Tutor  yuxarı və aşağı ətrafın hissə-lərinin və oynaqlarının hərə-kətsiz funksiyasının korrek-siyası üçün təyin edilir oynaqların kontrak-turası; əzələ distrofiyaları;özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular1 ədəd   18 yaşdan yuxarı şəxslər üçün 1 il, 18 yaşa qədər şəxslər üçün 6 ay1 ay   15 iş günü   dəyişdirilmə müddəti15 iş günü;təmir müddəti5 iş günü 
10.Korsetgövdənin zədələnməsi və deformasiyası zamanı, qarın boşluğu və qarın divarı xəstəliklərində, onurğanın normal funksional vəziyyətdə fiksasiyası, onun yükünün azaldılması və deformasiya-ların korreksiyası, itirilmiş funksiyaların bərpası və yaxud ağırlaşmaların qarşısını almaq üçün təyin edilirəzələ distrofiyaları; özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular1 ədəd18 yaşdan yuxarı şəxslər üçün 1 il, 18 yaşa qədər şəxslər üçün – 18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir1 ay15 iş günüdəyişdirilmə müddəti15 iş günü;təmir müddəti5 iş günü
11.Reklinatoronurğa sütununun yuxarı döş hissəsində stasodinamik fun-ksiyanın pozulmasında baş verə biləcək ağırlaşmaların qarşısının alınması üçün təyin edilirözünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular1 ədəd18 yaşdan yuxarı şəxs-lər üçün 1 il, 18 yaşa qədər şəxslər üçün 6 ay1 ay15 iş günüdəyişdirilmə müddəti15 iş günü;təmir müddəti5 iş günü
12.Yuxarı və aşağı ətraf üçünelastikbandajgüdüllərin formalaşdırılması, yuxarı və aşağı ətrafın əzələvə bağ aparatının zədələnməsi zamanı immobilizasiya, bud və baldır protezlərini saxlamaq üçün təyin edilirəzələ distrofiyaları; özünəqulluq vədavranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntulardiaqnozdan asılı olaraq 1 və ya2 ədəd 18 yaşdan yuxarı şəxslərüçün 1 il, 18 yaşa qədər şəxslər üçün 6 ay1 ay7 iş günü 
13.Korreksiya-edici yumşaq bandaj və korset   onurğa sütununun deformasi-yası, ürək qüsurları, qarının ön divarının yırtıqlarında qarın boşluğu orqanlarının qorun-ması və qarın divarının möh-kəmləndirilməsi üçün təyin edilirəzələ distrofiyaları; özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular1 ədəd      18 yaşdan yuxarı şəxs-lər üçün 6 ay, 18 yaşa qədər şəxs-lər üçün -18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfə-dən az olmayaraq, Mərkəzin  tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir1 ay     15 iş günü     dəyişdirilmə müddəti 15 iş günü;təmir müddəti5 iş günü      
14.Yuxarı vəaşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitəaşağı və yuxarı ətraf protez-lərini geyinmək üçün təyin edilir1 ədəd1 il2 ay dəyişdirilmə müddəti7 iş günü
15.Ortopedik başmaq pəncənin ön hissəsinin ampu-tasiyası halında təyin edilirtrofik pozuntularyarım cüt18 yaşdan yuxarı şəxs-lər üçün 1 il, 18 yaşa qədər şəxs-lər üçün – 18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir1 ay20 iş günüdəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü
16.Təkayaqlıəsaaşağı ətraf xəstəlikləri, travma-ları və anadangəlmə çatışmaz-lıqları nəticəsində hərəkətin çətinləşməsi hallarında itirilmiş funksiyanın bərpası üçün təyin edilir. Təyin edilərkən patologi-yaların növü və ağırlıq dərəcəsi nəzərə alınırdiaqnozdan asılı olaraq 1 və ya2 ədəd1 il1 ay dəyişdirilmə müddəti7 iş günü
17.Üçayaqlıəsaaşağı ətraf xəstəlikləri, travma-ları və anadangəlmə çatışmaz-lıqları nəticəsində hərəkətin çətinləşməsi hallarında itirilmiş funksiyanın bərpası üçün təyin edilir. Təyin edilərkən patolo-giyaların növü və ağırlıq dərəcəsi nəzərə alınırdiaqnozdan asılı olaraq 1 və ya2 ədəd1 il1 ay dəyişdirilmə müddəti7 iş günü
18.Dördayaqlıəsaaşağı ətraf xəstəlikləri, travmaları və anadangəlmə çatışmazlıqları nəticəsində hərəkətin çətinləş-məsi hallarında itirilmiş funksi-yanın bərpası üçün təyin edilir. Təyin edilərkən patologiyaların növü və ağırlıq dərəcəsi nəzərə alınırdiaqnozdan asılı olaraq 1 və ya2 ədəd1 il1 ay dəyişdirilmə müddəti7 iş günü
19.Qoltuqaltıağacaşağı ətraf xəstəlikləri, travma-ları və anadangəlmə çatışmaz-lıqları nəticəsində hərəkətin itirilmiş funksiyasının bərpası üçün təyin edilir. Təyin edilərkən patologiyanın növü və ağırlıq dərəcəsi nəzərə alınır1 cüt1 il1 ay dəyişdirilmə müddəti7 iş günü
20.Dirsəkaltıağacaşağı ətraf xəstəlikləri, travma-ları və anadangəlmə çatışmaz-lıqları nəticəsində hərəkətin itirilmiş funksiyasının bərpası üçün təyin edilir. Təyin edilərkən patologiyanın növü və ağırlıq dərəcəsi nəzərə alınır1 cüt1 il1 ay dəyişdirilmə müddəti7 iş günü
21.Reabilitasiya vasitələri üçün rezin ucluqəsalarla, qoltuqaltı və dirsəkaltı ağaclarla hərəkət zamanı həmin vasitələrin dayanıqlılığının təmi-ni və sürüşməsinin qarşısının alınması üçün təyin edilir20 cütdən çox olmayaraq1 il   
22.Dördayaqlı hərəkətvasitəsidayaq-hərəkət aparatının funk-siyasının pozulması halında təyin edilir1 ədəd1 il1 ay dəyişdirilmə müddəti7 iş günü
23.Ortopedik ayaqqabıpəncənin deformasiyası, itiril-miş funksiyasının bərpası və hərəkətinin asanlaşdırılması üçün təyin edilir. Hər bir əlilliyi olan şəxs üçün xüsusi hazırlanırtrofik pozuntular2 cüt1 il  1 ay20 iş günühazırlanma müddəti20 iş günü;təmir müddəti10 iş günü
24.Protez üçün ayaqqabıaşağı ətraf protezləri üçün hazırlanır 2 cüt1 il 1 ay dəyişdirilmə müddəti7 iş günü
25.Rezin yanlıqlı ayaqqabıhər iki əli amputasiya olunmuş əlilliyi olan şəxslər üçün təyin edilir. Hər bir əlilliyi olan şəxs üçün  xüsusi hazırlanır1 cüt1 il 1 ay dəyişdirilmə müddəti7 iş günü
26.Geyinmə, soyunma və tutmaq üçün yardımçı vasitələryuxarı ətraf protezləri, yuxarı ətraflarda deformasiya, çapıq, toxuma dəyişikliyi, dəri örtüyü, əzələlərdə dərin dəyişiklik, deformasiya və çatışmazlıq  zamanı təyin edilir. Həmin vasitələrin köməyi ilə əlilliyi olan şəxslərə yaşayış sahələri və yaxud iş yerlərində yemək hazırlama, qabyuma, ayaqqabı        geyinib-soyunma, qapı-pəncə-rəni açıb-bağlama, digər hər hansı bir işi görmək və s. yerinə yetirməyə kömək göstərilməsi nəzərdə tutuluryuxarı ətrafın paraplegiyası;hər iki yuxarı ətrafın bazu oynağından amputasiyası;vestibülyar aparatın dərin pozğunluqları;davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular1 ədəd5 il6 ay dəyişdirilmə müddəti7 iş günü
27.Oynaq endoproteziyuxarı və aşağı ətrafın iri oynaqlarında gedən patoloji dəyişikliklər nəticəsində oynaq-larda kəskin hərəkət pozuntusu və ağrı sindromu olduğu hallarda cərrahi yolla oynaq-ların funksiyası süni oynaqlarla əvəz edilərək, ətrafların funksiyalarının bərpası üçün təyin edilirtəyinatından asılı olaraq dəyişirmüddətsiz təyin edilir. Hər hansı bir ağırlaş-ma baş verdikdə, dəyişməyə göstəriş olarsa yenisi ilə əvəz olunur1 ay dəyişdirilmə müddəti1 ay
28.Süd vəzi proteziaparılmış mastoektomiya əmə-liyyatından sonra süd vəzi yerində yaranmış kosmetik çatışmazlığı aradan qaldırmaq üçün  təyin edilir (protez və büsthalter birlikdə verilir)məhsulun hazırlandığı materiallara qarşı allergik reaksiya1 ədəd1 il1 ay dəyişdirilmə müddəti7 iş günü
29.Süd vəzi büsthalterisüd vəzi protezlərinin fiksa-siyası üçün təyin edilir (protez və büsthalter birlikdə verilir)məhsulun hazırlandığı materiallara qarşı allergik reaksiya2 ədəd1 il1 ay dəyişdirilmə müddəti7 iş günü
30.Səs protezi(səs aparatı)qırtlağın zədələri, anadan-gəlmə inkişaf pozuntuları və xəstəlikləri nəticəsində larin-qoektomiyadan sonra səsin bərpası üçün təyin edilireşitmə-görmə qabiliyyətinin məhdudluğu;bulbar sindromu;traxeostomiya bölgəsində iltihablı proses, II-III dərəcə tənəffüs çatışmazlığı1 ədəd1 il1 ay təmir müddəti1 ay
31.Diş protezidişlərin itirilməsi, anadangəlmə olmaması, çənənin alveolyar çıxıntısı və çənə sümüyünün inkişaf pozulmalarında, əməliy-yatdan sonra çənə sümüyü çatışmazlığı zamanı təyin edilirbədxassəli şişlər, ağız boşluğunun iltihablı xəstəlikləri1 ədəd18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün -18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki də-fədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir 1 aydəyişdirilmə müddəti1 ay
32.Gözprotezigöz almasının inkişafdan qalması və ya olmaması (anoftalm) vəziyyətində kosmetik çatışmaz-lığın aradan qaldırılması üçün təyin edilir1 ədəd2 il2 ay1 aydəyişdirilmə müddəti1 ay 
33.Eşitmə aparatıeşitmə məhdudluğunun aradan qaldırılması üçün təyin edilirdiaqnozdan asılı olaraq 1 və ya2 ədəd2 il3 ay təmir müddəti1 ay
34.Eşitmə aparatı üçün qulaqlıqeşitmə aparatı verilmiş əlilliyi olan şəxslərə təyin edilirdiaqnozdan asılı olaraq1 və ya2 ədəd1 il1 ay20 iş günüdəyişdirilmə müddəti20 iş günü
35.Qulaqproteziqulağın anadangəlmə inkişaf çatışmazlığı, zədə və xəstəliklər (əksər hallarda onkoloji) nəticə-sində aparılmış əməliyyatlardan sonra əmələ gəlmiş kosmetik çatışmazlığın aradan qaldırılması üçün təyin edilirdiaqnozdan asılı olaraq 1 və ya2 ədəd18 yaşdan yuxarı şəxs-lər üçün 2 il,18 yaşa qədər şəxslər üçün 1 il2 ay20 iş günüdəyişdirilmə müddəti20 iş günü
36.Burunproteziburunun anadangəlmə inkişaf çatışmazlığı, zədə və xəstə-liklər nəticəsində aparılmış əməliyyatlardan sonra əmələ gəlmiş kosmetik çatışmazlığın aradan qaldırılması üçün təyin edilirdiaqnozdan asılı olaraq 1 və ya2 ədəd18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün 1 il2 ay20 iş günüdəyişdirilmə müddəti 20 iş günü
37.Sifətprotezisifətin anadangəlmə inkişaf çatışmazlığı, zədə və xəstə-liklər nəticəsində aparılmış əməliyyatlardan sonra əmələ gəlmiş kosmetik çatışmazlığın aradan qaldırılması üçün təyin edilir 1 ədəd18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün 1 il2 ay3 aydəyişdirilmə müddəti3 ay
38.Gözyuvasının protezigöz almasının inkişafdan qalması və ya olmaması (anoftalm) halında kosmetik çatışmazlığın aradan qaldırıl-ması üçün təyin edilirdiaqnozdan asılı olaraq 1 və ya2 ədəd18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün 1 il 1 aydəyişdirilmə müddəti1 ay
39.Damaq protezi damağın anadangəlmə inkişaf çatışmazlığı, zədə və xəstə-liklər nəticəsində aparılmış əməliyyatlardan sonra əmələ gəlmiş kosmetik çatışmazlığın aradan qaldırılması üçün təyin edilir 1 ədəd18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün 1 il2 ay1 aydəyişdirilmə müddəti1 ay
40.Ehtiyat protezləriyuxarı və aşağı ətraf protezləri olan əlilliyi olan şəxslərə, zəruriyyətdən irəli gələrək,  əsas protezlərlə yanaşı ehtiyat protezlər də təyin edilir stasionar şəraitdə müalicə tələb edən tez-tez kəskin-ləşməyə və dekompensasiyaya, residivə meyilli ruhi xəstəliklər; fəal fazada bədxassəli şişlər; müxtəlif mənşəli kaxeksi-yalar; geniş trofik və yataq yaraları; irinli-nekrotik xəstəliklər; yoluxucu və zöhrəvi xəstəliklər 1 ədəd18 yaşdan yuxarı şəxslər üçün 2 il, 18 yaşa qədər şəxslər üçün -18 yaşa qədər şəxslərin inkişafı ilə əlaqədar ildə iki dəfədən az olmayaraq, Mərkəzin tibbi-texniki komissiya-sının rəyi əsasında dəyişir2 ay20 iş günüdəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü
41.Yuxarı və aşağı ətraf protezləri üçün kosmetik üzlükləryuxarı və aşağı ətraf üçün əlilliyi olan şəxslərin dərisinin rənginə və zövqünə uyğun kosmetik protez üzlüklər təyin edilir 1 ədəd3 ay1 ay5 iş günüdəyişdirilmə müddəti5 iş günü;təmir müddəti3 iş günü
42.Yuxarı və aşağı ətraf, onun  ayrı-ayrı bölmələriüçünaparatlaryuxarı və aşağı ətrafda, həm-çinin onurğa sütununda hərə-kətin çətinləşməsi ilə əlaqədar patologiyalar olduqda, həmin çatışmazlıqların aradan qaldırıl-ması, deformasiyanın qarşısının alınması, hərəkət və dayaq oturaq funksiyasının yerinə yetirilməsi üçün təyin  edilirəzələ distrofiyaları; özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular1 ədəd18 yaşdan yuxarı şəxslər üçün 1 il, 18 yaşa qədər şəxslər üçün 6 ay1 ay20 iş günüdəyişdirilmə müddəti20 iş günü;təmir müddəti10 iş günü
43.Döşəkçə, ortopedik döşək vəyastıqyataq vəziyyətində olan, yaxud təkərli oturacaqdan uzun müddət istifadə edən əlilliyi olan şəxslərdə dəridə xoralaş-manın əmələ gəlməsinin qarşısının alınması üçün təyin edilir1 ədəd6 ay20 gün  
44.Danışankitabgörmə orqanının xəstəliyi nəticəsində əlilliyi olan şəxs-lərin yardımçı texniki vasitə-lərlə (eynək və s.) oxuması mümkün olmayan hallarda təyin edilireşitmə qabiliyyəti-nin məhdudluğu; özünəqulluq və davranışa nəzarət etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntular1 ədəd7 il6 ay təmir müddəti20 iş günü
45.Səsli tibbi tonometr 18 yaşdan yuxarı şəxslərə  yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,03 və ondan az olması halında təyin olunureşitmə qabiliyyətinin məhdudluğu, hər iki qulağın eşitmə qabi-liyyətinin məhdud-luğu, 3-4-cü dərəcə ağır eşitmə; əqli geriliklə, demensiya ilə müşaiyət olunan psixi pozuntular1 ədəd7 il6 ay təmir müddəti20 iş günü
46.Səsli termometr18 yaşdan yuxarı şəxslərə yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,03 və ondan az olması halında təyin olunureşitmə qabiliyyətinin məhdudluğu, hər iki qulağın eşitmə qabiliyyətinin məhdudluğu, 3-4-cü dərəcə ağır eşitmə;əqli geriliklə, demensiya ilə müşaiyət olunan psixi pozuntular1 ədəd7 il6 ay təmir müddəti20 iş günü
47.Kolostoma torbasıxəstəlik və yaxud travma nəticəsində bağırsaq ifrazının təbii yolla xaric edilməsinin pozulduğu hallarda ifrazatın toplanması üçün təyin edilir90 ədədhər ay   
48.Urestoma torbasıxəstəlik və yaxud travma nəti-cəsində sidik kisəsindən sidiyin təbii yolla xaric olmasının pozulduğu hallarda təyin edilir90 ədədhər ay   
49.Katetersidik kisəsi və sidik kanalından sidik ifrazının xaric edilməsinin çətinləşdiyi hallarda təyin edilir5 ədədhər ay   
50.Hərəkətli qaldırıcıqurğuaşağı və yuxarı ətraf para-parezi və parapelgiyası zamanı bir vəziyyətdən digərinə dəyişdirilməsi üçün təyin edilir1 ədəd8 il6 ay təmir müddəti1 ay
51.Hidravlik çarpayıaşağı və yuxarı ətrafda kəskin hərəkət məhdudluğu və tetraplegiya zamanı təyin edilir1 ədəd5 il6 ay təmir müddəti1 ay
52.Çarpayıüçün dayaqlaryataq rejimli əlilliyi olan şəxslərə çarpayıda hərəkəti təmin etmək üçün təyin edilir1 ədəd2 il3 ay təmir müddəti15 iş günü
53.Qapalı məkanda (otaqda) istifadə üçün mexanikitəkərli oturacaq                dayaq hərəkət sistemində, ürək qan-damar sistemində, tənəffüs sistemində, həzm sistemində və başqa sistem-lərdə xəstəlik, travma və anadangəlmə inkişaf patolo-giyaları nəticəsində hərəkətin dayanıqlı kəskin məhdud-laşması olduğu, aşağıdakı tibbi göstərişlər olduqda təyin edilir: 1. III dərəcəli xroniki qan dövranı çatışmazlığı;2. III dərəcəli ağciyər-ürək çatışmazlığı;3. hemiplegiya, nəzərəçarpan hemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı paraparez, triplegiya, nəzərə çarpan triparez, nəzərəçarpan tetraparez;4. kəskin nəzərəçarpan ataksiya hiperkinetik amiostatik sindrom;5. bir aşağı ətrafın güdülü və bununla yanaşı, digər aşağı ətra-fın funksional yararsız vəziyyətdə olması;6. hər iki aşağı ətrafın müxtəlif səviyyədə güdülü, protezləşməyə yararlı olmasından asılı olma-yaraq;7. hər iki ayaq pəncəsinin Şopar oynağı səviyyəsində amputasion güdülü;8. aşağı ətrafın oynaqlarının endoprotezləşməsindən sonrakı ağırlaşmalar olduğu halda;9. bədxassəli şişlər, lV klinik qrup;10. dərin ağıl zəifliyi, demensiya;11. lll-lV dərəcəli böyrək çatış-mazlığı;12. qaraciyər çatışmazlığı,lll dərəcə.Portal hipertenziya, assit;13. xroniki arterial çatışmazlığı,   lll mərhələ;14. xroniki venoz çatışmazlığı,    lll dərəcə 1 ədəd                     4 il                     3 ay                                          dəyişdirilmə müddəti10 iş günü;təmir müddəti1 ay                     
54.Açıq məkanda istifadə üçün mexanikitəkərli oturacaqəlilliyi olan şəxslərin dayaq hərə-kət, ürək qan-damar, tənəffüs, həzm və digər sistemlərində xəstəlik, travma və anadangəlmə inkişaf patologiyaları nəticəsində hərəkətin dayanıqlı kəskin məh-dudlaşması ilə əlaqədar (hər iki yuxarı ətrafda hərəkətsizlik və yaxud kəskin hərəkət məhdud-luğu istisna olmaqla) aşağıdakı tibbi göstərişlər olduqda təyin edilir:1. III dərəcəli xroniki qan dövranı çatışmazlığı;2. III dərəcəli ağciyər-ürək çatış-mazlığı;3. hemiplegiya, nəzərəçarpan hemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı paraparez;4. bir aşağı ətrafın güdülü və digər aşağı ətrafın funksional yararsız vəziyyətdə olması;5. hər iki aşağı ətrafın müxtəlif səviyyədə güdülü, protezləşməyə yararlı olmasından asılı olma-yaraq;6. hər iki ayaq pəncəsinin Şopar oynağı səviyyəsində amputasion güdülü;7. aşağı ətrafın oynaqlarının endoprotezləşməsindən sonrakı ağırlaşmalar olduğu halda;8. bədxassəli şişlər, lV klinik qrup;9. lll-lV dərəcəli böyrək çatışmazlığı;10. qaraciyər çatışmazlığı,lll dərəcə.Portal hipertenziya, assit;11. xroniki arterial çatışmazlığı,   lll mərhələ;12. xroniki venoz çatışmazlığı,    lll dərəcə1 ədəd3 il3 ay dəyişdirilmə müddəti10 iş günü;təmir müddəti1 ay                     
55.Mühərrikli təkərli oturacaq yuxarı və aşağı ətrafda hərə-kətin kəskin məhdudlaşması ilə əlaqədar aşağıdakı tibbi göstərişlər olduqda təyin edilir:1. hemiplegiya, nəzərəçarpan hemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı para-parez;2. bir aşağı ətrafın güdülü və digər aşağı ətrafın funksional yararsız vəziyyətdə olması;3. hər iki aşağı ətrafın müxtəlif səviyyədə güdülü, protezləş-məyə yararlı olmasından asılı olmayaraq;4. hər iki ayaq pəncəsinin Şopar oynağı səviyyəsində amputasion güdülü;5. aşağı ətraf oynaqlarının endoprotezləşməsindən son-rakı ağırlaşmalar olduğu halda;6. xroniki arterial çatışmazlığı, lll mərhələ;7. xroniki venoz çatışmazlığı,  lll dərəcə.Əlilliyi olan şəxslərdə yuxarıda qeyd edilən tibbi göstərişlər aşağıda qeyd olunmuş yuxarı ətrafın patologiyaları ilə birlikdə olduğu hallarda təyin edilir:1. hər iki yuxarı ətrafın hərəkətsizliyi;2. hər iki yuxarı ətrafda hərəkətin kəskin məhdudlaş-ması, çiyin və dirsək oynaq-larında aktiv hərəkətin amplitudası, 13-20 dərəcə, biləkdə 9-14 dərəcədən aşağı olduqda, kontraktura nəticə-sində barmaqlar ovucdan 3-4 sm aralı qalarsa, xırda əşyaları tutmağın və iri əşyaları uzun müddət ərzində saxlamağın imkansızlığı, yuxarı ətrafın əzələ gücünün 2 (iki) bala qədər enməsi və hər iki yuxarı ətrafda çiyin əzələlərinin      6,0-6,5 sm-ə qədər, bazunun ön əzələlərinin isə 3,5-4,0 sm atrofiyası nəticəsində yaranan əhəmiyyətli funksiya pozuntusu1. ağır və dərin əqli çatışmazlıq, demensiyalı ruhi pozuntular;2. epileptik sindrom;3. əhəmiyyətli görmə məhdudiyyəti (əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi5 (beş) dərəcədən aşağı olduqda);4. stenokardiya,lV funksional sinif;5. statika və hərəkət koordinasi-yalarının əhəmiyyətli ciddi pozuntuları;6. yuxarı ətrafda və gövdənin yuxarı hissəsində tam hərəkətsizlik;7. xroniki ürək çatışmazlığı,lll dərəcəli;8. tənəffüs çatışmazlığı,lll dərəcəli;9. həzm orqanı xəstəlikləri(lll dərəcəli bədən kütləsi defisiti, qaraciyər sirrozu assitlə, mütəmadi qanaxmalarla ağırlaşan qida borusunun və mədəninlll dərəcəli damar genişlənməsi);10. genital-urinar sistemi xəstəlikləri,  lll dərəcəli xroniki böyrək çatışmazlığı və sistemli hemodializə əks göstəriş olduqda;11. bədxassəli törəmələr,lV kliniki qrup;12. narkomaniya,    ll-lll dərəcəli xroniki alkoqolizm1 ədəd5 il6 ay təmir müddəti30 iş günü                     
56.Sanitar-təchizatlı təkərli oturacaqtəkərli oturacaq təyin edilmiş xəstələrdə sidiyin və nəcisin ifrazı qeyri-iradi olduqda təyin edilir1 ədəd2 il3 ay dəyişdirilmə müddəti10 iş günü;təmir müd-dəti 1 ay
57.Minik avtomobiliaşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:1. ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;2. ağciyər çatışmazlığı,                II dərəcəli;3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;4. hemiplegiya, nəzərəçarpan hemiparez;5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, II dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda II-III dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;7. hər iki aşağı ətrafın fillik xəstəliyi;8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;10. hər iki bud-çanaq oyna-ğının ankilozu;11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları.Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan III-IV dərəcəli əyilmələr;12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər  iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda1 ədədistifadə müddəti müəyyən edilmədən   

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi’de mətbuat katibi Gülnar R. Əzizova öz fb profilində bunu yazıb: Mühərrikli təkərli oturacaqla təmin olunmaq üçün tibbi göstərişlərlə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

FB QRUP


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir