Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edildi – SƏRƏNCAM
Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
Xəbərciniz.biz xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.