İlham Əliyev: “İsgəndərlə bağlı Rusiyadan məktub almışam”

0
0

İlham Əliyev İsgəndər-M raketləriylə bağlı Rusiyadan aldığı məktub barədə danışıb, Rusiyadan Azərbaycanda saxlanılan erməni hərbçilər qohumları ilə əlaqə saxlayıblar, Azərbaycanda aprelin 29-da və 30-da ölkənin bəzi bölgələrindən 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcək, bu günün xəbərlər icmalında.

İlham Əliyev: “İsgəndərlə bağlı Rusiyadan məktub almışam”

Azərbaycan Prezidenti Şuşada aşkar edilən İsgəndər-M raketləriylə bağlı Rusiyaya verdiyi suallara hələ ki, tam cavab ala bilmədiyini deyib. İlham Əliyev bu barədə Azərbaycan Televiziyasına müsahibəsində danışıb.

“Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir”, – Rusiya Müdafiə Nazirliyindən aldığı məktub barədə danışan İlham Əliyev deyib. Onun sözlərinə görə, bu Azərbaycanın sorğusuna tam cavab deyil. Çünki əsas sual bu idi ki, İsgəndər-M raketləri Ermənistanın əlinə necə düşüb?

“Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, ekspert – ixrac variantı ola bilər”, – İlham Əliyev deyib.

“Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb”.

Azərbaycan Prezidentinin sözlərincə, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng “versiyalar irəli sürülür” və o, həmin versiyaları “təsadüfi” hesab etmir.

Mart ayında Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bildirib ki, martın 15-də Şuşada minaların təmizlənməsi işləri zamanı, iki İsgəndər-M raketlərinin qalıqlarını aşkar olunub.

Ötən həftə İlham Əliyev bu məsələni Rusiya lideri Vladimir Putinlə müzakirə etdiyini deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir