O OLMASIN, BU OLSUN

0
0

O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film.

Məzmun:

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.

Film haqqında:

  • Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
  • Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində “Kürd-Şahnaz” muğamını ifa edir.
  • Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.
  • Filmdə xanəndə Tükəzban İsmayılova “Segah” muğamı üstündə oxuyur.
  • Film Azərbaycanın ilk rəngli bədii filmidir.
  • Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S.Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır.
  • Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: “”O olmasın, bu olsun” filmi 40 ölkəyə, o cümlədən İranİraqYuqoslaviyaYaponiyaAvstriyaABŞİsveçrə və Macarıstana satılıb”. Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında “Müvəffəqiyyətsiz film” başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: “Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm”. “O olmasın, bu olsun” ekranlara çıxandan sonra kinoşünaslar filmi tənqid etmişlər: “Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar… Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir”. “”O olmasın, Bu olsun” filmində tamaşaçıların etirazına səbəb olan qüsur… kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar — bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır… Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır… Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır”.
  • Rejissor Hüseyn Seyidzadə filmdə baş rola-Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkəcəkdi. Lakin çəkilişlər yenicə başlamışdı ki, aktyor dünyasını dəyişdi. Bundan sonra rejissor yeni Məşədi İbadı-Əliağa Ağayevi tapmalı oldu.
  • 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir.

Film üzərində işləyənlər:

Əsərin müəllifi:Üzeyir Hacıbəyov (titrlərdə yoxdur)Ssenari müəllifi:Sabit RəhmanQuruluşçu rejissor:Hüseyn SeyidzadəQuruluşçu operator:Əlisəttar AtakişiyevGeyim rəssamı:Əlisəttar AtakişiyevQuruluşçu rəssam:Cəbrayıl ƏzimovNadir ZeynalovBəstəkar:Üzeyir Hacıbəyov (titrlərdə yoxdur)Səs operatoru:Əziz ŞeyxovMusiqi redaktoru:Fikrət ƏmirovRejissor:Şüa ŞeyxovOperator:Mirzə MustafayevQrim rəssamı:Georgi ParisaşviliMontaj üzrə assistent: A. FilimonovaÇalır:Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik OrkestriDirijor:Fikrət ƏmirovFilmin direktoru:Daniil YevdayevOperator assistenti:Tofiq Sultanov (titrlərdə yoxdur)Quraşdırılmış səhnələrin operatoru:Sergey Klyuçevski (titrlərdə yoxdur)Quraşdırılmış səhnələrin rəssamı:Mirzə Rəfiyev (titrlərdə yoxdur)Rejissor köməkçisi:Ramiz Əliyev (titrlərdə yoxdur)Mahnı ifa edən:Mirzə Babayev (Məşədi İbad), Firəngiz Əhmədova (Gülnaz) (titrlərdə yoxdur)Rəqs quruluşçusu:Əlibaba Abdullayev (titrlərdə yoxdur)Rejissor assistenti :Əlisəttar Məlikov

Rollarda:

Əliağa Ağayev — Məşədi İbadArif Mirzəquliyev — SərvərTamara Gözəlova — GülnazAğasadıq Gəraybəyli — Rüstəm bəyBarat Şəkinskaya — Sənəmİsmayıl Əfəndiyev — Həsənqulu bəyMustafa Mərdanov — Həsən bəyİsmayıl Osmanlı — Rza bəyMöhsün Sənani — Qoçu ƏsgərLütfəli Abdullayev — BalaoğlanƏhməd Əhmədov (Əhməd Əhmədov-Rumlu kimi) — HambalRza Əfqanlı — Cəlil MəmmədquluzadəAğahüseyn Cavadov — BəyAdil İsgəndərov — QoçuSadıq Saleh Bağırov — Mirzə Ələkbər SabirHəsənağa Salayev — Əzim ƏzimzadəNüsrət FətullayevMünəvvər Kələntərli — YengəLütfi Məmmədbəyli — Sərvərin dostuMüxlis Cənizadə — Sərvərin dostuF. ƏlizadəFaiq Mustafayev — Sərvərin dostuƏfrasiyab Məmmədov — Sərvərin dostuOsman HacıbəyovMollağa Bəbirli — Hamam sahibi Məşədi QəzənfərSona Hacıyeva — Çadralı qadınMəmmədsadıq Nuriyev — Bazardakı adamYusif Yulduz — BəyƏliheydər Həsənzadə — BəyMəmməd Sadıqov — BəyƏminə Dilbazi — RəqqasəSadıq Hüseynov — QoçuCabbar Əliyev — QoçuSüleyman Tağızadə — QoçuRamiz Mustafayev — Hüseyn Ərəblinski (titrlərdə yoxdur)Xan Şuşinski — Xanəndə (titrlərdə yoxdur)Kamil Dadaşov — Rəqs edən kisəçi (titrlərdə yoxdur)Bəhram Mansurov — Tar çalan (titrlərdə yoxdur)Tələt Bakıxanov — Kamançada çalan (titrlərdə yoxdur)Tükəzban İsmayılova — Xanəndə (titrlərdə yoxdur)Əkbər Fərzəliyev — Ziyalı (titrlərdə yoxdur)Kübra Əbilova — Qarmon çalan (titrlərdə yoxdur)

Filmi səsləndirən:

Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev)Leyla Bədirbəyli-Gülnaz (Tamara Gözəlova)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir