Bir cənub şəhərində

0
0

Bir cənub şəhərində tammetrajlı bədii filmi rejissor Eldar Quliyev[1] tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Əsas rolları Həsən MəmmədovEldəniz ZeynalovHacımurad Yegizarov, Məcid Dadaşov və Natella Adıgözəlova ifa edirlər. 2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə “Humay” mükafatı verilmişdir.

Məzmun:
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.

Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.

Film haqqında:
Rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir.
Yazıçı Rüstəm İbrahimbəyovun “9-cu Xrebtovı” povesti üzrə ekranlaşdırılmışdır. Ssenari müəllifi kimi Azərbaycan kinosunda ilk işidir.

Mükafat:
2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə “Humay” mükafatı verilmişdir.

Rollarda:
Həsən Məmmədov — Murad
Eldəniz Zeynalov — Tofiq
Hacımurad Yegizarov — Cahangir
Məcid Dadaşov — Həsən
Natella Adıgözəlova — Rəna
Sadıq Hüseynov — Babaş
Süsən Məcidova — Mənsurə
Tatyana Xaritonova — Marina
Əsəd Məmmədov — Sabir
Yusif Vəliyev — Səfərəli
Sadıq Həsənzadə — Mustafa
Ofeliya Məmmədzadə – Ağabalanın arvadı
Nazim Ağayev (müğənni) – məhəllə sakini
Kamil Məhərrəmov – məhəllə sakini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir