40 yaşlı qadınlara 20 məsləhət
40 yaş insan ömrünün geriyə baxanda bəzi şeyləri arxada qoyduğunu düşünərək peşmanlıq yaşadığı bir yaşdır. Əgər siz çox şeylər itirdiyini düşünərək peşmanlıq hissi keçirirsinizsə o zaman aşağıdakı məsləhətlərə əməl etməlisiniz.
1.Özünüzü sevin və bu hissi özünüzə qəbul etdirin. Yaxşı və ya pis hər hansı hərəkəti edirsəniz edin, siz özünüzü sevsəniz başqaları da hərəkətlərinizə hörmət qoyacaq.
2.Ruhunuzu zənginləşdirin. Sizə nə xoşdursa, nədən zövq alırsınızsa, ruhunuzu nə oxşayırsa onu etməyə çalışın.
3.Problemlərinizi tək həll etməyə çalışmayın. Həyatınızda sizin qərarlarınıza dəstək olan biri ilə tanış olun.
4.Səmimi və gülərüz olun. Düzlüyün dünyada ən böyük biclik olduğunu unutmayın.
5.Başqaları üçün deyil özünüz üçün yaşamağı bacarın. Özünüzə sadiq olun, sizi xoşbəxt edəcək qərarlar qəbul edin. Bu zaman həyatın necə asan olduğunu görəcəksiniz.
6.Özünüzə qiymət verin. Başqalarının işini öz işinizdən üstün tutmayın.
7.Səyahət etməyə çalışın. Çalışın həyatınızın tərzini dəyişin.
8.Az həyəcanlanın. Həyəcanlanmanın sizə nə qədər zərər verəcəyini, yaddaşınızı, məntiqinizi korlayacağını təsəvvür belə edəməzsiniz.
9.Ətrafınızda olan adamlarla özünüzü müqayisə etməyin. Əgər müqayisəyə başlasanız öz həyatınızda baş verən yaxşı hadisələri yadınıza salın.
10.Heç kimdən heç nə gözləməyin. Başqalarının sizə qarşı xoş hərəkət etmələrini gözləmək xəyal qurmaq kimi bir şeydir.
11.Həyatda sağ qalmaq üçün yaşamayın, işləmək üçün yaşayın. Həyatınız boyu özünüzə karyera qura bilmisinizsə həyatınız asan olacaq. Yox əgər işləmirsinizsə özünüzə iş tapın. Əgər işinizdən pul qazanacaqsınızsa bu sizi xoşbət edəcək.
12.Özünüzə büdcə ayırın və çalışın şəxsi pulunuz olsun. Bu sizi özünüzə əmin edəcək və həyatda əminliklə yaşayacaqsıız.
13.Başqaları üçün bir iş gördüyünüz zaman özünüz üçün də nəsə etməyə çalışın.
14.Özünüzün və başqalarının səhvlərini bağışlamağa çalışın.
15.Neqativ insanlarla vaxt keçirməyin. Xoşunuz gəlməyən adamlarla öz aranızda məsafə saxlayın. Səmimi insanlarla dostluq edin.
16.”Xeyr” deməyi öyrənin. Başqası üçün heç nə etməyə məcbur deyilsiniz.
17.Sizi sevdiyini deyən adamla ailə qurmaq istəsəniz çox fikirləşib qərar verin.
18.Həyatınızda baş verən hər bir kiçik hadisədən zövq almağa çalışın. Günün doğuşunu seyr edin, dənizə tamaşa edin, ulduzları seyr edin.
19.İnsanların sizin haqqınızda nə fikirləşdiyinə fikir verməyin.Ətrafdakıların məmnun etməyə çalışmayın.
20.Bu yaşda sizin güvənə biləcəyiniz tək şey sizin yaxşıya doğru dəyişməyinizdir. Dəyişin və dəyişməyi qəbul edin.
Mənbə: Milli.Az