Havadan elektrik enerjisi yığan XÜSUSİ CİHAZ YARADILDI – VİDEO

0
0

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyası yaradıblar. 

Lent.az xəbər verir ki, qəbuledici anten rolunda çıxış edən cihaz oyun kartı ölçüsündədir və havadan enerjini yığaraq onunla müxtəlif ötürücüləri təmin etməyə qadirdir. 

Söhbət 5G əhatəsi sahəsində olan zaman elektromaqnit enerjisini yığa bilən antendən gedir. Cihazı 3D printerdə çap etmək mümkündür. Onun vasitəsilə generasiya edilən enerji isə böyük olmayan IoT (Internet of Things) cihazların şarj olunması üçün kifayət edir. 

Hazırda IoT cihazların çalışmaları üçün onların batareyalara sahib olmaları şərtdir. 

Yaradılmış yeni texnologiya isə Rotman linzasına əsaslanır. 

Qeyd edək ki, Rotman linzası əsasən radiolokasiya izlənməsi sistemlərində istifadə olunur. Lakin mühəndislər onun əsasında enerji yığımı ilə məşğul olan sistem yarada biliblər. Bununla belə proses çərçivəsində enerjinin hansı istiqamətdən yığılmasının heç bir önəmi yoxdur. 

Yaradılmış prototip 5G şəbəkə mənbəyindən 180 metr məsafədə 6 mikrovatt enerji yığa bilir. Bu cür enerji bir sıra ötürücünün çalışması üçün kifayət edir. Bu halda həmin ötürücülərin batareya ilə təchiz olunmalarına ehtiyac qalmır. 

Bundan başqa, yaradılmış anten hətta qatlanmış vəziyyətdə də çalışır. Bu isə onun daşına bilən cihazlara inteqrasiya olunması perspektivini ortaya qoyur./”technote” 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir