“Facebook” üç ayda 1,3 mlrd. saxta hesabı ləğv etdi

0
0

2020-ci ilin oktyabr-dekabr aylarında “Facebook” sosial şəbəkəsi 1,3 mlrd. “fake” (saxta) hesabı bloklayıb.

“APA-Economics”in məlumatına görə, bu barədə “Facebook Inc” şirkəti özü məlumat verib.

Bundan əlavə, qlobal səhiyyə mütəxəssisləri tərəfindən dezinformasiya kimi qiymətləndirilən vaksinasiya və COVID-19 haqqında müxtəlif növ və formatda olan 12 mln. vahid məlumat “Facebook” tərəfindən silinib.


Qeyd edək ki, “Facebook”un Azərbaycanın sosial media bazarındakı payı 18,3% təşkil edir. Sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə isə 23% ilə “Twitter” qərarlaşıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir