Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb – FOTOVİDEO

0
0

Vətən müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasından sonra sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə bu ərazilərdə qısa müddət ərzində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması prosesi intensiv surətdə aparılmaqdadır.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 6-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.

Bu münasibətlə təşkil olunan mərasimdə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Vətən müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında şərəflə iştirak edən və hazırda işğaldan azad olunan dövlət sərhədlərində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etmələri bildirilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sər­həd­ləri­mizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün sərhədçilərin bundan sonra da səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb.

Tədbirin sonunda hərbi orkestrin müşayiəti ilə şəxsi heyət təntənəli marşla tribunanın önündən keçmiş və xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunub.

Mərasimdə iştirak edənlər hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılan şəraitlə, o cümlədən inzibati bina və təlim mərkəzi, eləcə də şəxsi heyətin iş otaqları, kazarma və yeməkxana, təlim sinifləri, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitə­lər, avtomobil texnikası ilə tanış olublar. Kompleks daimi su, elektrik enerjisi və digər zəruri avadanlıqlarla təmin edilib.

Geniş imkanlara malik olan təlim mərkəzi müxtəlif cür atıcı silahlardan, minamyot qurğularından, zirehli texnikalardan atışların keçirilməsinə və atışların nəticələrinin qiymətləndirilməsinə, bölmələrin döyüş hazırlığının yüksəldilməsinə və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin mövcud olan silah və döyüş texnikasından istifadə etmə bacarıqlarının yüksəldilməsinə şərait yaradır.

Təlim mərkəzinin atış poliqonunda zirehli texnikalardan, atıcı silahlardan, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilib.

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir