FIFA iki ölkənin üzvlüyünü dayandırdı
FIFA Çad və Pakistan futbol qurumlarının fəaliyyətini dayandırıb.
“Report”un məlumatına görə, bu barədə FIFA Şurasının Bürosu qərar çıxarıb.
Çad Futbol Assosiasiyası (FTFA) hökumətin futbola müdaxiləsi səbəbindən cəzalanıb. Hökumət futbolun müvəqqəti idarə olunması üçün milli komitə yaradıb və FTFA-ya nəzarəti ələ keçirib.
Hökumət müvafiq qərarları ləğv etdikdən sonra və nəzarət tam olaraq FTFA-ya veriləndə ali futbol qurumu qərarı ləğv edəcək.
Pakistan Futbol Federasiyası (PFF) isə üçüncü tərəfin müdaxiləsi üzündən cəzaya məruz qalıb. Federasiyanı qiyamçı qrup ələ keçirib. Bu isə nizamnamənin pozulması deməkdir.
Etirazçılar FİFA-nın binanın boşaldılması tələbinə reaksiya verməyib və bu səbəbdən, qurum PFF-nin fəaliyyətini dayandırıb. PFF-nin nəzarəti altındakı qərargah, binalar, hesablar və rabitə kanalları qayıtdıqdan sonra qərar ləğv olunacaq.