Ermənilərə endirilən “intellektual yumruq”

0
0

Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatını uğurla başa çatdırdı. İndi ermənilər min bir bəhanə ilə torpaqlarımızdan rədd olmalarına bəraət donu geyindirməyə çalışır. Axı hələ Vətən müharibəsinin ilk gunlərinədək “ermənilər döyüşçü, azərbaycanlılar alverçidi” deyirdilər. Amma biz alver, ticarəti bacardığımızdan da yaxşı döyüşçü olduğumuzu 44 günə sübut etdik. İndi mənfur qonşularımız dizlərinə-başlarına döyür, buraxdıqları səhvlərdən guya nəticə çıxarmağa çalışırlar. Amma yenə də səhv istiqamətdə. Çünki onların vur-tut bir səhvi olub: qonşunun torpağına göz dikmələri. Yenə də “qədim və dahi” obrazı formalaşdırmağa çalışırlar, amma “erməni qatarı” gorbagor oldu və bir daha qayıtmayacaq!

…Bir qədər əvvəl olduqca əlamətdar hadisənin şahidi olduq. İntellekt mübarizəsi sayılan şahmat matçının həlledici akkordlarını izlədik. “Airthings Masters” turnirinin finalına vəsiqə qazananlar azərbaycanlı və erməni oldu. Sanki Tanrı Vətənimizə və vətəndaşlarımıza daha bir kəs bu yurda, bu el-obaya özünə real qiymət vermək şansı yaratmışdı. Lövhənin əks tərəflərində (virtual olaraq) müstəqil Ermənistanın ən güclü və müstəqil Azərbaycanın ən sabit şahmatçıları əyləşmişdi. Teymur Rəcəbov reytinqdə Levon Aronyandan geri qalır. Rəcəbov son 1 ili çıxsaq, yaxın 10 ildə ciddi uğurlar əldə etməyib. Amma 2020-dən başlayaraq yenidən parlaq səhifələri sıralayır. Ötən gün baş tutan ilk matçın yalnız son partiyasında Aronyanı devirən həmyerlimiz qələbəyə 1 addım yaxınlaşdı. Amma Aronyanın ixtiyarında bu gün həmin məğlubiyyətin əvəzini çıxmaq üçün düz 4 partiya var idi.

Artıq ilk partiyada tərəflərin həyəcanı aşkar sezildi. Əvvəlcə, Aronyan səhv etdi, lakin Rəcəbov qələbə yolunu görmədi və məğlub duruma düşdü. Amma Levon daha bir səhvə yol verdi. Artıq Teymur qalib gələ bilərdi. Lakin vaxt azlığı heç-heçəyə razılaşmasını şərtləndirdi. İkinci partiyada ağlarla oynayan azərbaycanlı qrossmeyster riskə getməyərək, oyunu bərabər endşpilə keçirdi. Artıq bu dəfə də xalların bölünəcəyi gözlənildiyi bir məqamda erməni avantürist piyada qurbanı verdi.

“Cörəyi ver çörəkciyə birini də üstəlik”, – deyib atalarımız. Rəcəbov cüzi üstünlüyü maksimuma çevirməyi bacaran azsaylı şahmatçılardan sayılır. Tima bu dəfə də bu məharətini nümayiş etdirdi və 62-ci gedişdə rəqibini kapitulyasiyaya məcbur etdi! Matçın 3-cü partiyasında Aronyan nə qədər çalışsa da, həmyerlimiz ümumi qələbə üçün yetərli olan heç-hecəni göz bəbəyi kimi qorudu və “Airthings Masters” turnirinin qalibi oldu.

…Canlı efirdə hər vəchlə göz yaşlarını saxlamağa çalışan 33 yaşlı qrossmeyster yalnız bu yükün altından çıxa bilmədi. Dəfələrlə sifətini əlləri ilə bağlayan Rəcəbov sonda kreslodan qalxaraq, monitordan qeybə çəkildi. Bu, sevinc göz yaşları idi. Bu, hər bir şəhidimizin, qazimizin,  Vətən müharibəsində ermənilərlə döyüşmüş əsgər və zabitimizin göz yaşları idi. Bu, arxa cəbhədə gecəsini gündüzünə qatan Vətən fədailərinin göz yaşları idi. Bu, Teymur Rəcəbovun qələbəsi deyildi, bu, Azərbaycanın separtçıliğı durmadan təbliğ edən erməninin başına endirilən “intellktual dəmir yumruğu” idi. Bu, bəlkə də heç vaxt bu qədər ehtiyac duymadığımız qədər qələbəmiz idi. Düşmən bu dəfə fərqli müstəvidə yumruq yedi. Nuş olsun!
 

CEYHUN ƏLİYEV

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir