Nazir distant təhsil zamanı kompüterlərin şagirdlərə zərərindən danışdı

0
0

Təhsil naziri Emin Əmrullayev kompüterlərin şagirdlərə ziyanları ilə bağlı məlumatlara münasibət bildirib.

Report” xəbər verir ki, nazir feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bu barədə fikirlərini bölüşüb.

Kompüterlərin uşaqlara ziyanı ilə bağlı tədqiqatlar mövcud olduğunu xatırladan E.Əmrullayev deyib ki, ümumillikdə insanların həyatı indi kompüterlərdən asılıdır:

“Övladlarımızın bundan sonrakı həyatı da kompüterlərdən asılı olacaq. Ona görə də xahiş edirəm ki, buna görə narahat olmayasınız. Bəzi hallarda belə çaşdırıcı və müəyyən mənada o qədər də faydalı olmayan fikirlər olur”.

Qeyd edək ki, aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılır və distant təhsilə keçirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir