Putinin “Dağlıq Qarabağ” israrı: Ərdoğanın Şuşadan verəcəyi mesaj…

0
0

Putinin “Dağlıq Qarabağ” israrı: “Ərdoğanın Şuşadan verəcəyi mesaj yeni mərhələnin başlanğıcı olacaq”

“Rusiya tərəfi çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin adından istifadə etsin”.

Xəbərə görə, bunu Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, sülhməramlı qüvvələrinin mövcudluğu dedikdə, onların Azərbaycanda yox, birbaşa “Dağlıq Qarabağ”da olduğunu qeyd edirlər:

“Bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı bir prosesdir. Rusiya Müdafiə nazirinin müavininin sülhməramlı qüvvələrinin məsuliyyət zonasına səfəri, burada genişlənən fəaliyyəti rəsmi Bakıda narazılıq doğurmaya bilməz. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünənki zirvədə Şuşaya səfərini elan etməsi Kremlə verilən incə mesaj və Rusiyanın Qarabağdakı fəaliyyətinə rəsmi Bakının etirazı idi. Məhz bu gün Azərbaycanın seçdiyi geosiyasi mövqeyi Rusiyanın Qarabağda fəaliyyətini neytrallaşdırmağa hesablanıb. Bu gün Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngi və Dağlıq Qarabağ münaqişəsi terminii istifadə etməsi heç də münaqişənin həll edilmədiyini , sadəcə atəşkəsin qorunmasını qabartması ilə Rusiya sülhməramlı qüvvələrinin önəmini və qalıcılığıni önə çəkdi. Putin bununla demək istəyir ki, münaqişə və atəşkəs rejimi var”.

Politoloq qeyd edib ki , əgər 10 noyabr birgə Bəyannaməsinin 4-cü bəndi yerinə yetirilib, silhahlı erməni birləşmələri bu ərazilərdən çıxarılsa, “atəşkəs” sözü işlənməz və münaqişənin olduğu da gündəmdən düşər:

“Rusiya silahlı erməni birləşmələrini ona görə çıxarmır ki, atəşkəs görüntüsü yaratmaqla öz sülhməramlı fəaliyyətinə don geyindirsin. Əgər Bəyannamənin 4-cü bəndi icra edilməyəcəksə, həqiqətən də Rusiya prosesləri istədiyi situasiyada idarə edə biləcək. Ona görə də Putin çalışır ki, Azərbaycan tərəfinin bu məsələdə mövqeyini zəiflətsin. Azərbaycan bununla razılaşmayacaq və Ərdoğanın Şuşada Rusiyaya şərtlərə əməl edilməsini, silhlalı erməni birləşmələrininn çıxarılmasını tələb etməsi mümkündür. Şuşadan veriləcək mesaj, həmçinin bu səfər Azərbaycanın mövqeyini gücləndirəcək və yeni bir mərhələnin başlanğıcı olacaq”.

Milli Cəbhə Partiyası Rusiya sülhməramlı qüvvələrinin bu ərazidə fəaliyyətindən və Moskvanın hazırkı mövqeyindən narazıdı. Türkiyənin rolunun artmasında və Ərdoğanın Şuşaya səfərini Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verdiyini heab edir”. (cebhe.info)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir